"Yeddi gözəl" fəvvarələr kompleksi Bakıya xüsusi yaraşıq verəcək

 

Dekabrın 24-də Hökumət evinin qarşısında, Milli parkda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilmiş, ümumi sahəsi 3900 kvadratmetr olan "Yeddi gözəl" musiqili fəvvarələr kompleksi istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə paytaxtın bu yaraşıqlı fəvvarələrinə tamaşa etmişdir.

Bakıya xüsusi gözəllik verən bu kompleks İtaliya, Kanada Amerika mütəxəssislərinin birgə layihələri əsasında hazırlanmışdır dünyada bənzəri olmayan möhtəşəm mürəkkəb fəvvarələr kompleksi hesab olunur.

Prezident İlham Əliyevə məlumat verildi ki, fəvvarələr kompleksi kompüterlər vasitəsilə idarə olunur. Nasoslar, sutəmizləyici qurğular, transformatorlar digər avadanlıq kompleksin altında, hündürlüyü 2,5 metr, sahəsi 1500 kvadratmetr olan yeraltı xüsusi idarəetmə mərkəzində yerləşir. Kompleksin ətrafındakı əraziyə 12,4 min kvadratmetr qranit, fəvvarələrin hovuzlarına təxminən 5 min kvadratmetr mərmər döşənmişdir. Fəvvarələr kompleksinin ətrafı İtaliyada fərdi sifarişlə hazırlanmış dirəklərdəki 400 vatt gücündə lampalar vasitəsilə işıqlandırılır. Bütün işıqlandırma sistemləri İtaliyadan, istənilən hava şəraitində işləyə biləcək səs gücləndiriciləri idarəetmə qurğuları, kompüter avandanlığı Almaniyadan gətirilmişdir. Fəvvarələr kompleksində Azərbaycanın dünyanın görkəmli bəstəkarlarının musiqiləri səslənir.

Kompleks ilə yaxından tanış olan dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi.

 

AzərTAc

 

Azərbaycan.-2008.-25 dekabr.-S.4.