"Böyük siyasətin davamı" çoxcildliyinin təqdimatı olmuşdur

 

AzərTAc xəbər verir ki, dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi iqtisadi strategiyanın uğurlarından, onun müvəffəqiyyətlə davam etdirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlarından bəhs edən "Böyük siyasətin davamı" çoxcildliyinin (V cilddə) təqdimat mərasimi keçirilmişdir.

Nəşrin müəllifi Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, məsləhətçi Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur.

Tanınmış elm mədəniyyət xadimlərinin, təhsil işçilərinin, ayrı-ayrı qurumların ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə ADİU-nun rektoru, Milli Məclisin Elm təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev ümummilli lider, müstəqil dövlətimizin memarı qurucusu Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmışdır.

1988-1992-ci illərdə ölkəmizdə baş verən özbaşınalıqları, böhranı xatırladan rektor, 1993-cü ildə xalqın tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikanın parçalanmaq təhlükəsindən xilas olduğunu, inkişaf yoluna çıxdığını bildirmişdir.

Müdrik dövlət xadimi Heydər Əliyevin başladığı böyük siyasətin uğurlu nəticələrindən danışan Ş.Hacıyev bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edən kitabın əhəmiyyətini yüksək qiymətləndirmişdir.

"Böyük siyasətin davamı" çoxcildliyində görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçıları - Prezident İlham Əliyevin onun fəaliyyətinin ictimaiyyətlə əlaqələndirilməsində böyük xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın öz missiyalarını məharətlə yerinə yetirmələri, böyük siyasətdə qazandıqları uğurlar, iqtisadi sosial tərəqqi, sülh sabitlik, mərhəmət humanizm prinsiplərinə əsaslanan birgə fəaliyyətləri, Vətənə xalqa tarixi xidmətləri kitabın ilk cildindən başlayaraq əhatəli şəkildə şərh olunmuşdur.

Akademik Ziyad Səmədzadə ümummilli lider Heydər Əliyevin müstəqilliyin, dövlətçiliyin qorunması, inkişafı beynəlxalq aləmdə tanınmasında müstəsna rolunu xatırlatmış, onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın bölgədə lider dövlətə çevrildiyini söyləmişdir.

Deputatlar Havva Məmmədova, Fəttah Heydərov, Hüseynbala Mirələmov, BDU-nun prorektoru İsmayıl Əliyev başqaları Prezident İlham Əliyevin daxili xarici siyasətdə qazandığı uğurlardan danışmışlar.

Müəllif Xanhüseyn Kazımlı dahi rəhbərin nurlu ideyalarını əzmlə həyata keçirən dövlətimizin başçısının siyasətinin xalqımız tərəfindən daim dəstəkləndiyini bildirmişdir.

 

 

Azərbaycan.-2008.-25 dekabr.-S.4.