Astanada Xəzərin
statusuna dair Konvensiyanın hazırlanması
üzrə xüsusi işçi qrupunun
24-cü iclası başa
çatmışdır
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun
rəhbərliyi ilə
nümayəndə heyətinin
də qatıldığı
tədbirdə Qazaxıstan,
Rusiya, Türkmənistan
və İranın nümayəndələri iştirak
etmişlər.
Görüşün birinci günü Qazaxıstanın
xarici işlər naziri Marat Tajin iştirakçıları salamlayaraq
bildirmişdir ki, iki gün ərzində
Xəzərin hüquqi
statusuna dair hazırlanan Konvensiyanın
maddələri üzərində
iş davam etdiriləcək və mən əminəm ki, bir sıra
irəliləyişlər əldə
olunacaqdır.
Görüşün yekunları ilə əlaqədar keçirilən
mətbuat konfransında
nümayəndə heyətlərinin
rəhbərləri iştirak
etmişlər.
Xələf Xələfov
AzərTAc-ın müxbirinə
demişdir: "Məlum
olduğu kimi, Xəzərin statusu ilə əlaqədar Azərbaycan, Qazaxıstan və Rusiya arasında ikitərəfli
və üçtərəfli
sənədlər imzalanmışdır
və bu, Konvensiyanın hazırlanmasında
baza rolunu oynaya bilər. Biz Türkmənistan və İranla bu istiqamətdə danışıqlar aparırıq
və elə bilirəm ki, bu, öz bəhrəsini
verəcəkdir.
Bu görüşdə
Konvensiya üzərində
iş davam etdirilmişdir, bəzi məsələlərdə prinsipial
razılıq əldə
edilmişdir, elə məsələlər var
ki, müzakirə olunur.
Xəzərin statusu ilə əlaqədar Konvensiya layihəsində bir çox məsələlər - sərhədlərin
müəyyən edilməsi,
Xəzərin ehtiyatlarından
istifadə olunması,
dənizin dibinin bölünməsi, enerji ehtiyatlarının nəqli,
təhlükəsizlik, su
səthindən istifadə
olunması, balıqçılıq
məsələləri, dənizin
ekoloji vəziyyəti
və bir sıra digər problemlərin həlli bütün Xəzəryanı
dövlətlər üçün
eyni dərəcədə
vacibdir. Bütün dövlətlər dənizin statusunun həll olunmasında maraqlıdır və bu dövlətlərin hamısı Xəzəri
sülh, dostluq, əməkdaşlıq, əmin-amanlıq
dənizi kimi görür və biz bu istiqamətdə işləyirik".
Görüşün yekunları ilə əlaqədar rəsmi sənəd qəbul edilmişdir.
Xəzərin statusuna dair Konvensiyanın hazırlanması
üzrə xüsusi işçi qrupunun 25-ci iclası Moskvada keçiriləcəkdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.-2008.-25 dekabr.-S.6.