Dünya azərbaycanlılarına

 

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Ölkəmizdə onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hər il dekabrın 31- təntənə ilə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi soydaşlarımızı düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılmış ardıcıl olaraq həyata keçirilmişdir.

Son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir. 2006- ilin martında Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayında qəbul edilmiş qərarların, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi diaspor quruculuğuna, milli-mənəvi ümumbəşəri dəyərlərə söykənən azərbaycançılıq ideologiyasının yayılmasına güclü təkan vermişdir.

Bu gün dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoymuşdur. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Eyni zamanda, Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş dost xalqların lobbi diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirilir.

Sosial-iqtisadi siyasi yüksəliş dövrünü yaşayan Azərbaycan dövləti bütün resurslarını xalqımızın rifahının yüksəlməsinə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə yönəltmişdir. Dünyanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır. Respublikamızda həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət müasir infrastrukturların yaradılmasına, sosial problemlərin həllinə, elm mədəniyyətin inkişafına, vətəndaşlarımızın hüquq azadlıqlarının daha dolğun təmin olunmasına yeni imkanlar açır.

İndiki dövrdə xalqımızın qarşısında duran başlıca problem hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə nail olmaq ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir. Hesab edirəm ki, Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimiz bu sahədə səylərini gücləndirməkdə davam edəcək, uğurlarımızın daha fəal təbliğ olunması ölkəmizin müsbət imicinin möhkəmlənməsi qayğısına qalacaqlar. Diasporumuz öz mütəşəkkilliyini çevikliyini bir qədər artırmalı, digər xalqların diaspor mərkəzləri ilə əlaqələrini genişləndirməli, ölkəmizə qarşı yönəlmiş informasiya təxribatlarını vaxtında ifşa etməlidir.

Həmvətənlərimizi daha sıx birliyə, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram.

Bu əziz bayram münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə cansağlığı firavanlıq, işlərinizdə uğurlar arzulayıram!

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2008-ci il

 

 

Azərbaycan.-2008.-26 dekabr.-S.1.