Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Əziz dostum!

Ad gününüz münasibətilə Sizə gözəl ailənizə ən xoş arzularla səadət möhkəm cansağlığı diləməkdən, səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirmiş, iqtisadi rifah sabitlik baxımından yeni zirvələrə çatmışdır.

Məmnunam ki, Gürcüstan Azərbaycan Respublikası arasındakı mövcud münasibətlər strateji tərəfdaşlıq xalqlarımızın dostluq qardaşlıq adət-ənənələrinə tam uyğundur, çünki onlar əsrlər boyu formalaşmış möhkəm tarixi bünövrəyə əsaslanır.

Fəxr edirəm ki, şəxsi dostluq əlaqələrimiz birgə səylərimiz sayəsində ölkələrimiz arasında əməkdaşlıq yeni vüsət almışdır əminəm ki, bu tərəfdaşlıq nəinki Gürcüstan Azərbaycanda, o cümlədən bütün regionda sülhü, təhlükəsizliyi əmin-amanlığı daha da möhkəmləndirəcəkdir.

Əziz dostum, Sizə Mehriban xanıma möhkəm cansağlığı uzun ömür, qardaş Azərbaycan xalqına isə daim artan tərəqqi rifah diləyirəm. Sandra da bu xoş arzularıma qoşulur.

Səmimiyyətlə Sizin,

 

Mixeil SAAKAŞVİLİ,

Gürcüstanın Prezidenti

Tbilisi, 24 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-26 dekabr.-S.2.