Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab
Prezident!
Ad gününüz münasibətilə
səmimi təbriklərimi
qəbul edin.
Dövlətlərimiz arasında
qarşılıqlı surətdə
faydalı əməkdaşlığın
inkişaf etdirilməsi,
Rusiya Federasiyasının
və Azərbaycan Respublikasının xalqları
arasında mehriban qonşuluğun möhkəmlənməsi,
Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsi
üçün Sizin
necə çox işlər gördüyünüzü
bilirəm. Əminəm
ki, bu xətt
Sizin atanız
və müstəqil Azərbaycan dövlətinin
Prezidenti vəzifəsində
sələfiniz Heydər
Əlirza oğlu Əliyevin siyasətinin davamıdır.
Fürsətdən istifadə edib demək istəyirəm ki, mən Heydər
Əliyevi yaxşı
tanıyırdım, ona
böyük hörmət
bəsləyirdim. Onunla görüşlərimi səmimiyyətlə xatırlayıram.
80-ci illərdə H.Ə.Əliyevlə birlikdə
Sov.İKP MK-nın Siyasi Bürosunda və Sov.İKP MK-da işləmişik.
Sonralar,
90-cı illərdə MDB-nin
dövlətlərarası strukturlarının fəaliyyəti
çərçivəsində onunla dəfələrlə
görüşmüşük. H.Ə.Əliyev postsovet məkanında
ən məşhur siyasətçilərdən və
dövlət xadimlərindən
biri idi. Regionlararası münasibətlərin, keçmiş Sovet İttifaqı respublikalarının
qarşılıqlı əlaqələrinin
aktual məsələlərinə
dair onun fikri həmişə sanballı və əhəmiyyətli idi.
Hörmətli cənab
Prezident!
Bu gün bizim region - Oryol vilayəti Azərbaycan tərəfi ilə əməkdaşlığı
fəal inkişaf etdirir. Oryol sənaye qrupunun
lideri olan "Dormaş" zavodunun təcrübəsi bu əməkdaşlığa nümunədir.
İcazə verin, bu əlamətdar
gündə Oryol vilayətinin sakinləri adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı,
firavanlıq, yeni parlaq uğurlar diləyim. Qoy konstruktiv, işgüzar
yanaşma, ən yüksək peşəkarlıq
və məsuliyyət
ən mürəkkəb
problemlərin həllində
həmişə köməyiniz
olsun.
Hörmətlə,
Yeqor STROYEV,
MDB Parlamentlərarası Assambleyasının fəxri
sədri,
RF Federasiya Şurasının
fəxri sədri,
Oryol vilayətinin qubernatoru
Azərbaycan.-2008.-26 dekabr.-S.2.