Bakıda Mərkəzi
gömrük hospitalı
istifadəyə verilmişdir
Dekabrın 25-də
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə
verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə
iştirak etmişdir.
Bu hospital Dövlət
Gömrük Komitəsinin strukturlarına əlavə edilməsi
haqqında Azərbaycan Prezidentinin 2004-cü ildə
imzaladığı fərmana uyğun olaraq gömrük
orqanlarına xidmətə qəbul olunan əməkdaşların
sağlamlıq vəziyyətinin müəyyən edilməsi,
gömrük əməkdaşlarının tibbi xidmətə
ehtiyaclarının ödənilməsi və tibbi təminatının
yaxşılaşdırılması məqsədilə
inşa edilən ən müasir sağlamlıq
ocağıdır.
Dövlət
Gömrük Komitəsinin sədri Aydın Əliyev mərasimə
gələn Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin
başçısı əvvəlcə hospitalın foyesində
ulu öndər Heydər Əliyevin müxtəlif dövrlərdə
səhiyyə işçiləri ilə görüşlərini
əks etdirən fotoşəkillərdən ibarət stendə
baxdı.
Prezidentə məlumat
verildi ki, Mərkəzi gömrük hospitalında
quraşdırılmış avadanlıq əsasən
Almaniyanın və digər Avropa ölkələrinin
istehsalıdır. Mərkəzdə ilk dəfə olaraq
dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən
xüsusi havalandırma sistemi tətbiq olunmuşdur. Başqa
sözlə, burada hava üç dəfə təmizləndikdən
sonra binaya verilir. Əməliyyat otağında,
laboratoriyalarda, diaqnostika mərkəzində, intensiv terapiya
şöbələrində H12 hepoboksid ultra filtr tətbiq
olunmuşdur. Yeniliklərdən biri də pnevmatik
ötürücü sistemin
quraşdırılmasıdır. Bu sistemin köməyi ilə
həm xəstələrə qulluq göstərilir, həm də
xəstələrin laborator analizlərinin təcili, 10-15 saniyə
ərzində göndərilməsi təmin olunur. Hospitaldakı
xüsusi proqram təminatı əməliyyatlar zamanı
dünyanın istənilən ölkəsinin qabaqcıl tibb mərkəzləri
ilə birbaşa telekörpü yaratmağa imkan verir. Yeni tibb ocağı üçün "Mercedes" markalı 5 ədəd avtomobil, səyyar hospital alınmışdır. Onun köməyi
ilə səyyar vəziyyətdə xəstələrə
istənilən tibbi yardım göstərmək
mümkündür.
Prezident İlham
Əliyev hospitalın
ayrı-ayrı şöbələri
ilə
Dövlətimizin başçısı
pnevmatik ötürücü
sistemin işi ilə də
Mərkəzin bütün xidmət sahələrinin ən müasir standartlara cavab verdiyi, əməkdaşların tibbi
reabilitasiyası üçün
burada bütün şəraitin olduğu qeyd olundu.
Prezident İlham Əliyev tibb işçilərini təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzuladı. Müasir sağlamlıq ocağının
inşasına görə
dövlət başçısına
minnətdarlığını bildirən Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyev hospitalın tikilib istifadəyə verilməsini gömrük
orqanları əməkdaşlarına
göstərilən yüksək
diqqətin nümunəsi
kimi dəyərləndirdi.
Mərasimdən xatirə olaraq dövlət başçısına
hədiyyə təqdim
edildi.
Prezident İlham
Əliyev mərkəzin
tibbi maşınlarına
baxdı, səyyar hospitalda quraşdırılmış
avadanlıqla da
AzərTAc
Azərbaycan.-2008.-26 dekabr.-S.3.