Azərbaycan Dövlət
Teleqraf Agentliyi müsabiqənin qalibi olmuşdur
AzərTAc xəbər
verir ki, dekabrın 25-də Rusiya Federasiyasının Azərbaycandakı
səfirliyinin keçirdiyi "Rusiya və Azərbaycan
strateji tərəfdaşlardır" ikinci jurnalistlər
müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi olmuşdur.
Rusiyanın ölkəmizdəki
səfiri Vasili İstratov tədbir
iştirakçılarını qarşıdan gələn
Yeni il bayramı, yaradıcılıq qələbələri
münasibətilə təbrik edərək onlara yeni
uğurlar arzulamışdır.
Rusiya ilə Azərbaycan
arasında tərəfdaşlıq münasibətlərinin
yüksək səviyyədə olduğunu vurğulayan
V.İstratov demişdir ki, başa çatmaqda olan ildə
prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin
görüşləri və danışıqları bu
münasibətlərə yeni təkan vermişdir. İkitərəfli
əmtəə dövriyyəsinin həcmi 2 milyard dollara
çatmışdır. Mədəni, humanitar əlaqələrin
inkişafı xətti ilə də xeyli iş
görülmüşdür. Jurnalistlər arasında
müsabiqənin keçirilməsi ənənəvi hal
almışdır. Bu dəfə müsabiqədə Azərbaycanın
aparıcı KİV-i, onlarca müəllif iştirak etmişdir.
V.İstratov bir qrup fərqlənmiş
jurnalistə və KİV nümayəndəsinə
mükafatlar təqdim etmişdir.
"Rusiya-Azərbaycan
münasibətləri mövzusunun geniş
işıqlandırılmasına görə" Fəxri
diploma AzərTAc - Azərbaycan Dövlət Teleqraf Agentliyi
layiq görülmüşdür.
Müsabiqənin qalib
jurnalistlərindən biri AzərTAc-ın buraxılış
redaktoru Vladimir Morozkov olmuşdur.
Azərbaycan.-2008.-26 dekabr.-S.3.