Avropada təhsil alan azərbaycanlı gənclər üçün təlim keçirilir

 

AzərTAc xəbər verir ki, dekabrın 25-də Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) təşkilatçılığı ilə "Sən bizimsən durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" adlı təlim başlamışdır. Tədbirdə Avropa ölkələrinin ali məktəblərində təhsil alan 20 gənc iştirak edir.

FASE-nin Bakıdakı filialının direktoru Rəşad Elli qurum haqqında məlumat verərək bildirmişdir ki, əsas məqsəd Avropada Azərbaycan gənclərini birləşdirəcək şəbəkə yaratmaq ölkəmizin maraqlarını müdafiə etməkdir.

Artıq FASE-nin Fransa Senatında, Böyük Britaniyanın Lordlar palatasında forumları keçirilmişdir. Berlində, Brüsseldə, Parisdə, Londonda, Strasburqda şöbələri fəaliyyət göstərir.

Üçgünlük təlimdə tələbələrə lobbiçilik fəaliyyəti, gənclər şəbəkəsinin strukturu, müxtəlif layihələrin həyata keçirilməsi üçün lazımi bacarıqların inkişaf etdirilməsi sair mövzularda mühazirələr keçiriləcəkdir.

 

Azərbaycan.-2008.-26 dekabr.-S.6.