Azərbaycanda idmançı
adı çox şərəflidir
Dekabrın 26-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) V hesabat-seçki Baş Məclisi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.
Dövlətimizin başçısı MOK-un inzibati binasında təşkil edilmiş "Pekin-2008. Uğurlarımızın fotoalbomu"na və ölkəmizdə son dörd ildə tikilmiş olimpiya idman komplekslərinin şəkillərinə baxdı.
MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşan V Baş Məclisinin iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
MOK-un baş katibi Ağacan Əbiyev gündəlik barədə məlumat verərək dedi ki, bugünkü toplantıda hesabat məruzələri dinləniləcək, MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının yeni tərkibi seçiləcəkdir. Mandat Komissiyasının məlumatına görə, Baş Məclisdə dəvət olunmuş 120 nümayəndədən 112 nəfər iştirak edir, yetərsay vardır.
Azərbaycan Prezidenti, MOK-un prezidenti İlham Əliyev Baş Məclisdə nitq söylədi.
Azərbaycan.-2008.-27 dekabr.-S.1.