Ukrayna Prezidenti zati-aliləri cənab Viktor Yuşşenkoya

 

Hörmətli Viktor Andreyeviç!

Yevpatoriya şəhərində yaşayış binasında partlayış nəticəsində çoxsaylı insan tələfatının olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına yaxınlarına, bütün Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını diləyirəm.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-27 dekabr.-S.1.