Azərbaycanın İspaniyadakı səfirliyində görkəmli yazıçı, alim pedaqoq Mir Cəlal Paşayevin ispan dilində çap edilmiş "İclas qurusu" digər qısa hekayələr" adlı kitabının təqdimatı olmuşdur

 

AzərTAc xəbər verir ki, dekabrın 26-da Azərbaycanın İspaniyadakı səfirliyində görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə əlaqədar ədibin ispan dilində "E-İmpresion" nəşriyyatı tərəfindən çap edilmiş "İclas qurusu" və digər qısa hekayələr" adlı kitabının təqdimatı olmuşdur.

Səfirlikdən bildirmişlər ki, təqdimat mərasimində ictimaiyyətin, diplomatik korpusun, mətbuatın, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Səfir Məmməd Əliyev görkəmli yazıçı Mir Cəlal Paşayevin elmi, pedaqoji fəaliyyəti və yaradıcılığı haqqında mərasim iştirakçılarına ətraflı məlumat vermişdir.

Diplomatik korpus adından mərasimdə çıxış edən Ukraynanın İspaniya Krallığındakı səfiri Anatoli Şerba Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin əsərinin ispan dilinə tərcümə edilib Madriddə çap edilməsini önəmli hadisə adlandırmışdır.

İştirakçılara Mir Cəal Paşayevin "İclas qurusu" və digər qısa hekayələr" adlı kitab hədiyyə edilmişdir.

Tezliklə kitab Madriddəki səfirliklərə, universitetlərə, kitabxanalara, siyasət və dövlət adamlarına, KİV nümayəndələrinə təqdim olunacaqdır.

 

Azərbaycan.-2008.-27 dekabr.-S.4.