Mətbuat Şurası
idarə heyətinin iclası keçirilmişdir
AzərTAc xəbər verir
ki, dekabrın 26-da Mətbuat Şurasının idarə heyətinin
cari il üçün sonuncu iclası
keçirilmişdir.
İclasda Mətbuat
Şurasının 2008-ci ildə gördüyü işlərə
dair hesabat dinlənilmişdir.
Çıxışlarda
şuranın hesabat dövründəki fəaliyyətinin
müsbət dəyərləndirilməsi üçün
ciddi əsasların olduğu vurğulanmışdır. Bildirilmişdir ki, hesabat
dövründə idarə heyətinin, komissiyaların
iclasları iş planına uyğun keçirilmiş, rəylər,
qərarlar qəbul olunmuşdur.
İclasda daha
6 KİV-in Mətbuat Şurası sıralarına qəbulu
barədə qərarlar çıxarılmışdır. Bundan əlavə,
şuranın şikayətlər üzrə
komissiyasının təqdim etdiyi 8 rəy əsasında qərarlar
qəbul edilmişdir.
Sonda Mətbuat
Şurasının 2009-cu il
üçün iş planı ətrafında müzakirələr
aparılmışdır. Qərara
alınmışdır ki, bununla bağlı təkliflər
gələn ilin ilk ongünlüyünə qədər
ümumiləşdirilərək həmin sənədə
daxil edilsin.
Azərbaycan.-2008.-27 dekabr.-S.4.