Ucarda Azərbaycan Kənd Bələdiyyələri
Milli Assosiasiyasının
ümumi yığıncağı
keçirilmişdir
AzərTAc xəbər verir ki, dekabrın 26-da Ucar rayonunun Qazıqumlaq kəndində
Azərbaycan Kənd Bələdiyyələri Milli
Assosiasiyasının ümumi
yığıncağı keçirilmişdir.
Əvvəlcə Azərbaycanda yerli özinüidarəetmə orqanlarının
fəaliyyətinə həsr
olunmuş sənədli
film nümayiş etdirilmişdir.
Assosiasiyanın son bir ildə gördüyü
işlər barədə
qurumun sədri Şəmistan Yusifovun, nəzarət-təftiş komissiyasının
hesabat məruzələri
dinlənilib müzakirə
olunmuşdur.
Qeyd edilmişdir ki, assosiasiya fəaliyyətini
yerli əhəmiyyətli
sosial məsələlərin
həllində qabaqcıl
bələdiyyə təcrübəsinin
öyrənilib yayılması
və vətəndaş
cəmiyyətinin qurulmasında,
demokratik prinsiplərin
tətbiqində bələdiyyələrin
rolunun artırılması
istiqamətlərində qurmuşdur. Qabaqcıl təcrübənin
öyrənilməsi üçün
məqsədyönlü işlər
aparılmış, "Bir
bələdiyyəyə azı
bir layihə" təşəbbüsü çərçivəsində
həyata keçirilən
bütün layihələr
barədə məlumat
toplanmış, təhlillər
nəticəsində layihələri
reallaşdıran bələdiyyələr
müəyyənləşdirilmişdir.
Əldə olunan nəticələr bunu söyləməyə imkan
verir ki, bu gün bələdiyyələrimiz
yerlərdə Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
sosial- iqtisadi məsələlərin həllində
fəal iştirak edir, kommunal xidmətlərin həyata
keçirilməsində, küçə
və parkların abadlaşdırılmasında, vətəndaşları narahat
edən bir sıra yerli əhəmiyyətli problemlərin
aradan qaldırılmasında
fəallıq göstərirlər.
Bu il aprelin
5-də Göyçayda keçirilmiş
"dəyirmi masa"
bir daha göstərmişdir ki, artıq bələdiyyələr
idarəetmədə öz
yerini tutmuş, həyati məsələləri
həll edə bilən, ictimai fikri formalaşdıran bir qüvvəyə çevrilmişdir. Aprelin
16-da Bakıda təşkil
edilmiş "Bələdiyyə:
yeni forma, yeni məzmun" adlı ümumrespublika konfransı
da yerli özünüidarəetmə orqanlarının
həyatında mühüm
hadisə olmuşdur. Konfransda Yevlax, Şirvan, Xırdalan, Xaçmaz, Yasamal, Qaraçuxur, Tovuz, Çaxırlı və Cəyirli bələdiyyələrinin
iqtisadi, sosial və ekoloji sahələrdə topladıqları
müsbət iş təcrübələri müzakirə
olunmuşdur.
Məlumat verilmişdir ki, milli assosiasiyalar konfransda toplanmış qabaqcıl təcrübə
əsasında yeddi yeni təşəbbüslə
çıxış etmişlər
və onların hamısı iştirakçılar
tərəfindən bəyənilmiş,
yayılması barədə
qərar qəbul edilmişdir. "Seçicilərimizi eşidək",
"Bələdiyyə günü", "Abad məhəllə",
"Abad kənd", "Bizim ünvan", "Sadə idman
qurğularına bələdiyyə qayğısı",
"Bir bələdiyyəyə azı bir layihə" bələdiyyələrin
yerli əhəmiyyətli məsələlərin həllində
fəal iştirakının bariz nümunələridir. Təkcə
"Bir bələdiyyəyə azı bir layihə"
çərçivəsində kənd bələdiyyələri
yaşayış məntəqələrinin sosial-iqtisadi
inkişafına dair ümumi dəyəri 11 milyon 260 min manat
olan 2739 layihə reallaşdırmışlar.
İyunun 25-də Yevlaxda bələdiyyə
sədrlərinin "Vətəndaş cəmiyyətinin
qurulmasında və demokratik prinsiplərin tətbiqində bələdiyyələrin
qarşısında duran vəzifələr" mövzusunda
keçirilmiş II Ümumrespublika toplantısının
yekunları, tədbirdə Prezidentin İcra Aparatının rəhbəri,
akademik Ramiz Mehdiyevin dərin məzmunlu
çıxışı da xatırladılmışdır.
İstər məruzədə,
istərsə də ayrı-ayrı çıxışlarda
bələdiyyələrin fəaliyyətindəki
uğurlarla yanaşı, çatışmazlıqlar,
nöqsanlar da sadalanmış, onların aradan
qaldırılması ilə bağlı təkliflər
verilmişdir.
Təklif edilmişdir ki, bələdiyyə
büdcəsinin sabitliyi üçün müvafiq müəssisə
və xidmət sahələrinin, əlavə gəlir mənbələrinin
yaradılması vacibdir.
Bələdiyyələrin həyatında
mühüm yeniliklərdən bəhs edən natiqlər
ölkə başçısının bələdiyyə
torpaqlarının torpaq hərracları və ya müsabiqələri
vasitəsilə verilməsinin tənzimlənməsi ilə əlaqədar
2008-ci il 10 dekabr tarixli fərmanının
xüsusi əhəmiyyət daşıdığını
bildirmişlər. Qeyd olunmuşdur ki, həyata
keçiriləcək dəyişikliklər bələdiyyə
torpaqlarının alqı-satqısında şəffaflığın
təmin edilməsinə, bu sahədə mənfi halların
aradan qaldırılmasına, o cümlədən bələdiyyələrin
cəmiyyətə yalnız torpaq satışı ilə məşğul
olan qurum kimi təqdim edilməsinin qarşısının
alınmasına imkan verəcəkdir.
Həmçinin
qeyd edilmişdir ki, torpaqların özgəninkiləşdirilməsi
hesabına yerli büdcənin formalaşmasına yeganə gəlir
mənbəyi kimi baxmaq düzgün deyildir. Artıq elə
tədbirlər görülməlidir ki, bələdiyyələrin
dayanıqlı gəlir mənbələri yaradılsın.
Təəssüflə
vurğulanmışdır ki, ölkədə bələdiyyə
müəssisələrinin yaradılması işi çox zəifdir. Əslində, bir neçə
bələdiyyə istisna olunmaqla, qalan yerli
özünüidarəetmə orqanları bu sahədə
heç bir iş görməmişlər.
Qarşıda
duran vəzifələrdən də bəhs edilmişdir. Natiqlər potensialı az olan bələdiyyələrin birləşdirilməsinin
müsbət nəticələr verəcəyini söyləmiş
və xüsusi qeyd edilmişdir ki, həmin qurumların ləğv
olunması və ya birləşdirilməsi onların
özündən və vətəndaşların təşəbbüsündən
asılıdır. Sadəcə, müvafiq bələdiyyələrdə
və onların seçiciləri arasında
tarazlaşdırılmış izahat işləri
aparılmalıdı. Bu işdə birləşmənin
gətirəcəyi faydaya inandırma, ümumiyyətlə isə,
maarifləndirmə çox vacibdir.
Ölkəmizdə gələn
il keçiriləcək bələdiyyə
seçkiləri ilə əlaqədar ətraflı fikir
mübadiləsi aparılmışdır.
Tədbirdə Prezidentin
İcra Aparatının regional idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş
şöbəsinin bələdiyyələrlə iş
sektorunun baş məsləhətçisi Rüfət Əliyev,
respublika Ədiliyyə Nazirliyinin bələdiyyələrlə
iş mərkəzinin baş məsləhətçisi Hafiz Əliyev
çıxış etmişlər.
Yığıncaqda
assosiasiyanın nəzarət-təftiş komissiyasının
hesabatı, habelə 2009-cu il
üçün büdcə layihəsi təsdiq
edilmişdir.
Azərbaycan.-2008.-27 dekabr.-S.4.