Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də
Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul
etmişdir.
Dövlətimizin
başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev
iki ölkənin hərbi və hərbi-texniki sahədə,
müdafiə nazirlikləri arasında əməkdaşlığının
genişləndiyini qeyd edərək, bu səfərin Azərbaycan-Rusiya
hərbi və hərbi-texniki əməkdaşlığının
yeni imkanları və perspektivlərinin nəzərdən
keçirilməsi baxımından əhəmiyyətli
olacağına əminliyini bildirdi.
Anatoli Serdyukov Rusiya
Federasiyasının Prezidenti Dmitri Medvedevin və hökumətin
sədri Vladimir Putinin salamlarını və qarşıdan gələn
Yeni il münasibətilə təbriklərini dövlətimizin
başçısına çatdırdı. Ölkələrimiz
arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirən
Serdyukov iki ölkə prezidentlərinin görüşlərinin
münasibətlərin möhkəmlənməsinə təkan
verdiyini xüsusi vurğuladı. O, səfəri zamanı iki
ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın
builki yekunlarının və perspektivlərinin nəzərdən
keçiriləcəyini bildirdi.
Prezident İlham Əliyev
Azərbaycan və Rusiyanın dövlət
başçıları arasında keçirilən
görüşlərin ikitərəfli münasibətlərin
daha da möhkəmlənməsi baxımından mühüm
rol oynadığını vurğuladı. Dövlətimizin
başçısı Rusiya Prezidenti Dmitri Medvedevin və
hökumətin sədri Vladimir Putinin salamlarına və
qarşıdan gələn Yeni il münasibətilə təbriklərinə
görə minnətdarlığını bildirdi,
özünün də salamlarını və təbriklərini
Rusiya Federasiyasının Prezidentinə və hökumətinin
sədrinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2008.-28 dekabr.-S.1.