Böyük Qafqazın Bazardüzü-Şahdağ- Tufandağ ekosisteminin kompleks hidrometeoroloji ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikasının yüksək dağlıq ərazilərindən idman, turizm digər bu kimi məqsədlərlə istifadənin genişlənməsi həmin ərazilərin hidrometeoroloji ekoloji cəhətdən kompleks öyrənilməsini aktual məsələyə çevirmişdir. Bu ərazilər qlobal iqlim dəyişmələri, ətraf mühitin fon transsərhəd çirklənmələrinin indikatoru kimi beynəlxalq əhəmiyyət kəsb edir. Belə ərazilərdə müvafiq müşahidələrin tədqiqatların aparılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı ətraf mühitə dair bir sıra beynəlxalq müqavilələrdən, o cümlədən Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsində səmərəliliyi daha da artıracaqdır.

Yerli hava şəraiti iqlimin formalaşmasında mühüm rol oynayan Böyük Qafqazda Bazardüzü, Şahdağ, Bazaryurd Tufandağ buzlaqları ilə əhatə olunan yüksək dağlıq ərazidə (dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdə) hidrometeoroloji, qlyasioloji ekoloji müşahidə sisteminin yaradılmasının zəruriliyini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi:

1.1. meteoroloji şəraitin, buzlaqların tədqiqi, atmosferin fon çirklənməsi, flora faunanın müşahidəsi daxil olmaqla, Azərbaycan Respublikasının Qusar rayonunun yüksək dağlıq ərazisində Kompleks hidrometeoroloji ekoloji tədqiqat elm mərkəzinin yaradılmasını təmin etsin;

1.2. bu Sərəncamın 1.1-ci bəndində qeyd olunan mərkəzin fəaliyyəti üçün tikinti-quraşdırma işlərinin həyata keçirilməsi, həmçinin zəruri cihaz avadanlıqlarla, alternativ enerji mənbələri, etibarlı telekommunikasiya sistemi ilə təmin olunması məqsədilə müvafiq tədbirləri həyata keçirsin.

2. Bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 900 (doqquz yüz) min manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində göstərilmiş vəsaitin Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinə ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-28 dekabr.-S.1.