Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Filippin Respublikasının Hökuməti xalqı adından ən xoş təbriklərimi çatdırıram.

Qətiyyətli qələbəniz xalqınızın bacarıqlı uzaqgörən rəhbər kimi Sizə olan inamını əks etdirir. Bu yeni mandatla xalqınız Sizə ölkənizi daha sakit firavan gələcəklə təmin etmək məsuliyyətini etibar edir.

Zati-alinizi əmin etmək istəyirəm ki, Filippin Respublikası əlaqələrimizin, o cümlədən ikitərəfli, regional çoxtərəfli səviyyədə əməkdaşlığımızın genişlənməsi üçün Azərbaycanla birgə işləməyi davam etdirəcəkdir.

 

Qloriya Makapaqal Arroyo,

Filippin Respublikasının Prezidenti

Manila, 27 oktyabr 2008-ci il

 

Azərbaycan.-2008.-28 dekabr.-S.1.