Muğam Azərbaycan xalqının milli sərvətidir

 

Bakıda Beynəlxalq Muğam Mərkəzi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

 

- Hörmətli xanımlar cənablar!

Əziz dostlar!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, unudulmaz bir gündür. Bu gün Bakıda, Bakı şəhərinin ən gözəl yerlərindən biri olan bulvarda Muğam Mərkəzinin açılışında sizinlə bərabər iştirak edirik. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Muğam Mərkəzinin yaradılması çox böyük hadisədir. Xatırlayıram, üç il bundan əvvəl bu yerdə bu gözəl binanın təməlini qoyduq yəqin o vaxt heç təsəvvür edə bilməzdik ki, qədər gözəl bina tikiləcəkdir. Bu binada həm müasirlik öz əksini tapır, eyni zamanda binaya yuxarıdan baxanda görürsən ki, Azərbaycan xalqının qədim xalq çalğı alətləri burada təsvir olunur. Yəni burada müasirliklə qədim tarix qovuşur, birləşir bəlkə bu, bu gün Azərbaycana xas olan ən önəmli xüsusiyyətlərdən biridir. Azərbaycan uğurla inkişaf edir, bizim çox zəngin, böyük mədəni irsimiz var. Biz öz inkişafımızı milli əsaslar üzərində qururuq eyni zamanda irəliyə gedirik, müasirliyə, tərəqqiyə doğru gedirik.

Muğam Mərkəzinin tikintisi işində iştirak etmiş bütün insanlara mən öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir, gözəl konsertlər, muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir.

Bu gün gözəl gənc nəsil yetişir. Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş muğam müsabiqələrinin keçirilməsi çox böyük maraq doğurur, çox böyük məna daşıyır. Bu, gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda böyüməsinə xidmət göstərir. Bizim gənclərimiz milli ruhda böyüməlidirlər. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün ən əsas milli dəyərlərimizdir. Baxmayaraq ki, biz əsrlərlə müstəqillikdən məhrum olmuşduq, amma Azərbaycan xalqını onilliklər, əsrlər boyu bir millət kimi qoruyan milli mənəvi dəyərlərimiz, ənənələrimiz olubdur, musiqimiz, ədəbiyyatımız, ana dilimiz, incəsənətimiz olubdur. Bütün bunları muğam sənəti ehtiva edir. Muğam sənəti vətənpərvərlik sənətidir, muğam sənəti sevgi, məhəbbət sənətidir. Vətənə sevgi, ailəyə sevgi Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir.

Mən bu gün burada əyləşən bizim tanınmış muğam ustalarını xüsusi salamlamaq istəyirəm, onları xüsusi təbrik etmək istəyirəm. Bu gün sizin bayramınızdır, bu gün bütün Azərbaycan xalqının bayramıdır.

Mən çox şadam ki, biz bu gözəl mərkəzi, Muğam Mərkəzini istədiyimiz kimi tikə bilmişik. Bir demək istəyirəm ki, burada işlər çox böyük zövqlə, məhəbbətlə aparılıbdır. Bu tikintidə iştirak edən insanların zövqü yüksəkdir. Eyni zamanda, əlbəttə ki, belə gözəl böyük layihə çox geniş müzakirələr nəticəsində yaradılmışdır. Ümid etmək istəyirəm ki, bu gözəl binada bizim muğamımız səslənəcək, bu binada çıxış edən gənc ifaçılarımız öz məharətini göstərəcəklər.

Azərbaycan xalqı çox istedadlı xalqdır muğam sənəti böyük istedad tələb edir. Muğamı gözəl ifa etmək üçün çox böyük istedad olmalıdır bu istedad bizdə var. Bizim qədim tariximiz, qədim mədəniyyətimiz var. Bu mədəniyyət bu gün dünya üçün açılır, dünya bizi daha da yaxşı tanımağa başlamışdır. Bu yaxınlarda Bakıda keçirilmiş mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın qədər böyük mədəni irsə malik olduğunu bütün dünya ictimaiyyəti bir daha gördü.

Bu gün Azərbaycanda bu sahədə görülən işlər ürəkaçandır. Bizim bütün tarixi binalarımız bərpa olunur, Bakıda yerləşən bütün teatrlarımız, muzeylərimiz ən yüksək səviyyədə təmir olunur, yeni mədəniyyət ocaqları yaradılır. Bu binanın yanında artıq bir müddət bundan əvvəl təməlini qoyduğumuz Xalça Muzeyi inşa edilməyə başlanmışdır. Bu da gözəl memarlıq abidəsi olacaq, bizim gözəl şəhərimizə əlavə yaraşıq verəcəkdir. Bütün bunları etmək üçün, əlbəttə ki, geniş imkanlar lazımdır. Bütün bu gözəl əsərləri, memarlıq əsərlərini yaratmaq üçün maddi imkanlarla bərabər, əlbəttə ki, yüksək zövq lazımdır. Bu amillər birləşəndə bu gözəl əsərlər dünyaya gəlir.

Azərbaycanın ümumi inkişafı, ölkə qarşısında duran bütün vəzifələrin uğurla icra olunması artıq reallıqdır biz gələcəyə nikbinliklə baxırıq. Biz bu gün 2008-ci ili böyük uğurlarla, böyük nəticələrlə başa vururuq. 2008-ci ildə Azərbaycan daha da sürətlə inkişaf etmişdir, öz mövqelərini daha da möhkəmləndirə bilmişdir. Dünya miqyasında qazanılmış nüfuz möhkəmlənmiş mövqelərimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir.

Biz öz siyasətimizi xalqın iradəsi əsasında qururuq. Bizim siyasətimiz açıqdır, aydındır bir məqsədi güdür - Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, Azərbaycanda dövlətçilik prinsiplərini möhkəmləndirmək, Azərbaycanın hərtərəfli iqtisadi sosial inkişafına nail olmaq beynəlxalq mövqelərimizi möhkəmləndirmək. Bütün bunlara biz nail oluruq uğurlu inkişafımız imkan verir ki, Azərbaycan daha da böyük addımlarla irəliyə getsin.

Mən əminəm ki, növbəti illərdə, xüsusilə 2009-cu ildə nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra olunacaqdır. Bilirsiniz ki, 2009-cu il dünyada böyük narahatlıq doğurur. Dünyada hökm sürən maliyyə böhranı iqtisadi böhran artıq öz mənfi təsirini göstərməyə başlamışdır. Biz Azərbaycanı bu böhranın mənfi fəsadlarından maksimum dərəcədə qorumalıyıq. Ümumiyyətlə, həmişə olduğu kimi, ölkəmizi qorumalıyıq. Ölkəmizin həm siyasi, həm iqtisadi maraqlarını qorumalıyıq, xüsusilə 2009-cu ildə. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır xaricdə baş verən proseslər istər-istəməz öz növbəsində Azərbaycana da təsir edə bilər.

Biz istər siyasi, istər iqtisadi müstəvidə həmişə çalışmışıq hesab edirəm, buna nail olmuşuq ki, digər yerlərdə baş verən hadisələr Azərbaycana mənfi təsir göstərməsin. Biz öz ölkəmizdə gedən işlərlə məşğuluq. Bizi aparılan islahatlar, möhkəmlənən iqtisadiyyat, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması məsələləri düşündürür. Biz bu məsələlərin həlli ilə məşğuluq. Ancaq bununla bərabər, əlbəttə, 2009-cu ildə əlavə tədbirlər görülməlidir ki, Azərbaycan xalqı dünyanı bürümüş iqtisadi maliyyə böhranını hiss etməsin. Bunu etmək üçün bizim imlanlarımız var, iradəmiz, düşünülmüş siyasətimiz var.

Baxmayaraq ki, indi hətta böyük ölkələr, ilk növbədə, iqtisadi məsələlər haqqında düşünürlər, biz 2009-cu ildə mədəniyyət sahəsində bütün nəzərdə tutulmuş məsələləri həll etməliyik. Azərbaycanda 2009-cu ildə bu sahəyə əlavə vəsait ayrılacaqdır. Təmirdə olan mədəniyyət obyektlərində işlərin yüksək səviyyədə başa çatması məsələləri həll olunacaqdır. Yeni gözəl binalar tikiləcəkdir. Bu binalar, eyni zamanda, memarlıq əsərləridir, necə ki, bu gözəl Muğam Mərkəzi. Yəni bizim planlarımız çoxdur. Dünyada gedən xoşagəlməz proseslər bizim iradəmizə, istəyimizə təsir göstərməməlidir əminəm ki, biz buna nail olcağıq.

Mən bu gün sizi bu fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Yeni il bayramı Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı bütün Azərbaycan xalqına xoşbəxtlik arzulayıram. Sağ olun.

***

Mərasim muğam konserti ilə davam etdirildi.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimin sonunda Azərbaycanın qocaman, ustad muğam ifaçıları ilə görüşüb onları bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etdilər.

 

AzərTAc

 

Azərbaycan.-2008.-28 dekabr.-S.2.