Müdafiə Nazirliyində görüş

 

Dekabrın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ilə Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.

Sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olmuş, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda mövcud vəziyyət barədə müzakirələr aparılmışdır.

Daha sonra nazirlərin təkbətək görüşü keçirilmişdir.

Sonda Azərbaycan və Rusiyanın müdafiə nazirlikləri arasında 2009-cu il üçün əməkdaşlıq planı imzalanmışdır.

 

Azərbaycan.-2008.-28 dekabr.-S.3.