Azərbaycan Prezidenti İlham Əliyev İçərişəhərdə salınmış bağla
və Filarmoniyanın
yanındakı bağda
görülən yenidənqurma
işləri ilə tanış olmuşdur
Azərbaycan Prezidenti
İlham Əliyev dekabrın 29-da qədim İçərişəhərdə, Bakı Şəhər İcra Hakimiyyətinin binasının arxa tərəfində salınmış
bağla, habelə Filarmoniyanın yanındakı
bağda görülən
yenidənqurma işləri
ilə
İçərişəhərin orta əsrlərdə müdafiə
məqsədi ilə tikilmiş qala divarlarının uzunluğu
ilk vaxtlar 1500 metr olmuş, hazırda onun təxminən 500 metr hissəsi salamat qalmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın bu qədim guşəsində
salınmış bağı
seyr etdilər. Bağ şəhərin
ətraf ərazisi ilə ümumi ansambl təşkil edir, buraya əlavə
yaraşıq gətirir.
Qədim
İçərişəhərdə yeganə istirahət guşəsi olan bağda hərtərəfli
şərait yaradılmışdır.
Burada qədim və müasir memarlıq ənənələrinin üzvi
şəkildə uzlaşdırılmasına
xüsusi diqqət yetirilmişdir.
* * *
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Filarmoniyanın yanındakı bağa gəldilər. Dövlətimizin başçısına məlumat verildi ki, bağın ərazisinin 2 hektarında
yenidənqurma tədbirləri
başa çatdırılmışdır.
Bura füsunkar görkəm almış, çoxlu yerli və xaricdən
gətirilmiş ağac
və bəzək kolları əkilmişdir.
Bağın kənarındakı qala divarları da bərpa edilmişdir.
Qala divarlarında nəfis saat quraşdırılıb
və o, peyk rabitəsi vasitəsilə
işləyir. Gələn ilin Novruz bayramınadək bağda
bütün işlər
tamamlanacaqdır.
Prezident İlham Əliyev və xanımı bağda quraşdırılan
nəfis fəvvarə
kompleksinə də tamaşa etdilər.
İçərişəhərin qala divarları boyunca uzanan bu bağ paytaxt
sakinlərinin və qonaqların sevimli istirahət guşələrindən
olacaqdır. Bütün bunlar bir daha göstərir ki, dünyanın iqtisadi və maliyyə böhranı ilə üzləşdiyi
bir vaxtda Azərbaycanda bütün
iqtisadi layihələr
ardıcıllıqla reallaşdırılır,
abadlıq və yenidənqurma işləri
səngimir.
Dövlətimizin başçısı
bağda görülmüş
yenidənqurma işlərindən
razılığını bildirdi, əlavə tövsiyə və tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2008.-30 dekabr.-S.1.