Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.

Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını qarşıdan gələn Yeni il bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Əlaqələrin bundan sonra da genişlənəcəyinə möhkəmlənəcəyinə əminlik ifadə olundu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi bildirildi.

Dövlətimizin başçısı Rusiya Prezidentinin Yeni il təbriklərinə görə təşəkkürünü bildirdi, özünün salamlarını bayram təbriklərini ona çatdırmağı xahiş etdi.

 

AzərTAc

 

Azərbaycan.-2008.-30 dekabr.-S.2.