Heydər Əliyev Fondu "Gülüstan" sarayında uşaqlar üçün bayram şənliyi təşkil etmişdir

 

Heydər Əliyev Fondu "Gülüstan" sarayında uşaq evlərində internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın məcburi köçkün ailələrindən olan, yetim valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

AzərTAc xəbər verir ki, dekabrın 29-da Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc fərəhini bölüşmüşdür. Mehriban xanım qızı uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, fondun uşaq evlərinə, internat məktəblərinə qayğısından bəhs edən film göstərildi.

Şaxta baba Qar qızın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Şaxta baba "sehrli çubuğu" ilə yolkanı işıqlandırdı.

Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad bacarıqlarını sərf edirdilər.

Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər. Rəqslərə qoşulan, al-əlvan yolkalar ətrafında yallı gedən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların onların müşayiətçilərinin diqqətindən yayınmadı.

Azərbaycanda uşaqlara göstərdiyi diqqət qayğıya, bu istiqamətdə nəcib xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma Azərbaycan uşaqları adından sevgi məhəbbətin ifadəsi olaraq mükafat təqdim edildi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bayram şənliyində çıxış edərək dedi:

- Əziz uşaqlar, hörmətli müəllimlər valideynlər! Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq biz bu il "Gülüstan" sarayında ötən illə vidalaşırıq yeni - 2009-cu ili qarşılayırıq. Yeni il ailəvi bayramdır mən çox şadam ki, bu bayramı biz birlikdə, böyük, mehriban ailə kimi qeyd edirik.

Ötən ilə nəzər salsaq görərik ki, ölkəmizdə bir çox mühüm hadisələr baş vermiş, bir çox nailiyyətlər əldə olunmuşdur. Ölkəmizin - Azərbaycanın inkişafı davam edir. Şəhərlərimiz, kəndlərimiz abadlaşır, gözəlləşir. Paytaxtımıza nəzər salsaq görərik ki, qədər gözəlləşibdir. Yeni yollar, geniş prospektlər, körpülər salınır, yeni parklar açılır, səhiyyə idman mərkəzləri inşa olunur istifadəyə verilir, yeni məktəblər, uşaq bağçaları tikilir, mədəniyyət abidələri, tarixi abidələr bərpa olunur. Bir çox yeni mədəniyyət ocaqları inşa olunub, istifadəyə verilib, Heydər Əliyev Sarayı bərpa olunub, Muğam Mərkəzi, Qala Etnoqrafiya Muzeyi yaradılıb sair.

2008-ci ildə Heydər Əliyev Fondu da öz fəaliyyətini davam etdirmiş, bir çox işlər görmüşdür. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ölkəmizdə yeni məktəblərin tikintisi davam edir. Bir sıra uşaq bağçası tikilib istifadəyə verilmişdir. Uşaqlar üçün yay düşərgələri tikilir istifadəyə verilir. Biz həmişə olduğu kimi, uşaq evləri internat məktəblərində tərbiyə olunan uşaqların problemlərini daim diqqət mərkəzində saxlamağa çalışmışıq. Əgər 5 il bundan əvvəl Heydər Əliyev Fondu öz fəaliyyətinə başlayanda bizim əsas gücümüz uşaq evlərinin, internat məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlmişdisə, bu gün artıq demək olar ki, bütün məktəblər çox gözəl vəziyyətdədir, yenidən təmir olunmuş, çoxu yenidən qurulmuş, ən müasir avadanlıqla təmin edilmişdir. Bu gün bizim diqqətimiz bu müəssisələrdə təhsilin səviyyəsinə, təhsilin şəraitinə yönələcəkdir. Biz istəyirik ki, uşaqlarımız dünyanın ən yüksək standartlarına cavab verən təhsil alsınlar, biliyə malik olsunlar.

Hesab edirəm ki, uşaqlıq həyatın ən gözəl dövrüdür. Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə biz sizləri - bizim uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik. Aydındır ki, siz hələ həyatınızın başlanğıcındasınız. Hər birinizin qarşınızda böyük yol, böyük həyat var. Bu həyatda, bu yolda sevinclə, xoş anlarla, qələbələrlə yanaşı, sizi çətinliklər , problemlər gözləyir. Ona görə bu gün biz böyüklər sizi elə böyütmək istəyirik ki, sizə elə tərbiyə vermək istəyirik ki, sabah əsl insan, əsl vətəndaş, əsl şəxsiyyət olasınız.

Siz yəqin bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il ölkəmizdə "Uşaq ili" elan olunmuşdur. Bu, o deməkdir ki, uşaqlara olan diqqət bir az da artmalıdır. Mən bu gün uşaq problemləri ilə məşğul olan bütün dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, cəmiyyətimizin hər bir vətəndaşına üz tutub deyirəm ki, uşaqlara daha da diqqətlə, daha da ürəklə, daha da məhəbbətlə yanaşmalıyıq. Yenə deyirəm, bu, hər bir insanın borcudur. Çünki bizim uşaqlar bu günümüz, Azərbaycanın sabahıdır, Azərbaycanın gələcəyidir.

Əziz dostlar, mən sizin hamınızı Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni ildə cansağlığı, yeni uğurlar qələbələr arzulayıram.

Çox sağ olun.

* * *

Uşaqlar Mehriban xanımla xatirə şəkli çəkdirdilər.

Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edildi.

Yeni il şənliyi bu dəfə uşaqların qəlbində silinməz xatirəyə çevrildi.

Onu da deyək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə iştirak edən uşaqların "Gülüstan" sarayına təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdı.

 

AzərTAc

 

Azərbaycan.-2008.-30 dekabr.-S.3.