Azərbaycan diasporu Murmansk vilayətində
ən fəal diasporlardan biridir
Ümumrusiya Azərbaycan Konqresinin
(ÜAK) Murmansk
regional bölməsinin mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, vilayət hökumətinin
İctimai Əlaqələr
İdarəsinin rəisi
Svetlana Parşkova Azərbaycan
xalqını Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
münasibətilə təbrik
edərək ona xoşbəxtlik və uğurlar arzulamışdır:
"Sərt iqlimi olan bu diyarı
inkişaf etdirmək üçün müxtəlif
xalqların nümayəndələri
onilliklər ərzində
vilayətə gəlmişlər. Əzəldən burada mehriban qonşuluq, qarşılıqlı
hörmət və bir-birinə kömək ənənələri yaranmışdır.
Mürəkkəb şəraitdə yaşadığımız üçün
qarşılıqlı dəstəksiz
keçinməyimiz mümkün
deyildir. Son illərdə vilayət hökumətinin vəzifəsi
belə ab-havanı saxlaya bilməkdir. Ona görə də Kola yarımadasına gələn
bütün insanlara bu hissləri və münasibətləri
aşılamağa çalışırıq.
Hələlik buna nail oluruq.
Azərbaycan diasporu vilayətdə ən fəal diasporlardan biridir. Bu, ən müxtəlif sahələrdə özünü
büruzə verir.
Murmansk hökumətində Millətlərin İşləri
üzrə Məsləhət
Şurası fəaliyyət
göstərir. ÜAK-ın Murmansk
regional bölməsinin sədri
Afil Hüseynov və RF Prezidenti yanında Şimal-Qərb
Akademiyasının məzunu,
jurnalist Əlihüseyn
Şükürov həmin
Şuranın üzvləridir.
Burada biz
ümumi işlərimizi,
tədbirlərimizi, konsertlərimizi,
digər aksiyalarımızı
razılaşdırırıq. Azərbaycan diasporu xeyriyyə işlərində yaxından
iştirak edir. Onun üzvləri əlil uşaqların anaları klubunun, pensiyaçıların,
veteranların problemlərinin
həllinə kömək
edir. Biz çox şadıq ki, aramızda Kola yarımadasının bütün
xalqları ilə sülh və əmin-amanlıq şəraitində
yaşayıb öz zəhməti ilə xariqələr yaradan insanlar vardır".
Svetlana Parşkova
əlavə etmişdir
ki, Murmansk
vilayətinin qubernatoru
Yuri Yevdokimov da Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il bayramı
münasibətilə Azərbaycan
diasporuna təbrik məktubu göndərmişdir.
Azərbaycan.-2008.-30 dekabr.-S.9.