“2009-2015-ci illərdə
Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikasında
vətəndaşların pensiya
təminatının daha
da yaxşılaşdırılmasını,
sığorta-pensiya sisteminin
dayanıqlı və
dinamik inkişafına
nail olunmasını təmin
etmək məqsədi
ilə qərara alıram:
1.“2009-2015-ci illərdə
Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın
1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə
Fonduna həvalə edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
4. Bu Sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 dekabr 2008-ci il.
Azərbaycan.-2008.-31 dekabr.-S.1.