Heydər Əliyev Fondu kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən
olan uşaqlar üçün bayram şənliyi təşkil
etmişdir
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu dekabrın 30-da "Gülüstan" sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan, valideyn himayəsindən məhrum olan, eləcə də qaçqın, məcburi köçkün və şəhid ailələrindən olan, habelə təhsildə fərqlənən uşaqlar üçün şənlik keçirmişdir.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin uşaqlarla unudulmaz görüşlərini əks etdirən film göstərildi.
Bayram şənliyi aktyorların ustalıqla yaratdıqları nağıl qəhrəmanlarının igidliyi, kloun və sehrbazların şən və heyrətləndirici çıxışları, uşaqların da qoşulduğu oynaq rəqslərlə yadda qaldı.
İncəsənət ustalarının, özfəaliyyət kollektivlərinin sürprizləri bayram mərasiminə xüsusi təravət gətirdi.
Uşaqlar onların şərəfinə açılmış bol bayram süfrəsindən razı qaldılar, saraydan şeir, mahnı müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə şənlikdən aldıqları unudulmaz təəssüratla ayrıldılar.
Şənliyə gəlmiş
hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edildi.
Azərbaycan.-2008.-31 dekabr.-S.2.