İdmanda nailiyyətlər ili

 

İdmançılarımız il ərzində müxtəlif beynəlxalq yarışlarda rekord sayda - 550 medal qazanmışlar. İlin ən böyük uğuruna isə Çində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında imza atılmışdır. Pekin Olimpiadasına ölkəmizdən 44 idmançı qatılmışdı. İdmançılarımız bu oyunlarda əvvəlki olimpiadalarda olduğundan çox - 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc) qazandılar. Daha bir neçə diqqətəlayiq fakt: 22 idmançımız müxtəlif növlərdə dünyanın 8 ən güclü atleti sırasına çıxdı; Pekin-2008- Azərbaycan ilk dəfə olaraq bədii gimnastika üzrə komanda yarışlarına qatıldı; bu Olimpiadanın atçılıq turnirində ilk dəfə olaraq azərbaycanlı jokey iştirak edirdi.

Əlbəttə, Pekində uğurlar bundan xeyli çox ola bilərdi. Bir neçə iİdmançımız medalların bir addımlığında mübarizəni dayandırmalı oldular -idmanda bəxt amili az rol oynamır. Bəzi hakimlərin təmsilçilərimizə münasibətdə ədalətsiz qərarlarının da şahidi olduq. Amma bütün bunlardan təəssüflənməyə dəyməz; idmanda belə hallar həmişə olub gələcəkdə olacaq. Olimpiada-2008- əldə edilmiş böyük müvəffəqiyyətlə öyünməyə dəyər. Pekin Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarımız da ümidləri doğrultdular. Onlardan birinin - İlham Zəkiyevin əldə etdiyi nəticə isə hər cür tərifə layiqdir: o, ölkənin idman tarixində ilk dəfə olaraq ikiqat paralimpiya çempionu adını qazandı.

Şübhəsiz, bütün bu nailiyyətlər təsadüfən qazanılmamışdır onları şərtləndirən amillər var. Hər şeydən əvvəl dövlətin idmana idmançılara dəstəyini qeyd etmək lazımdır. İdmançılar onların məşqçiləri əlaqədar dövlət orqanlarının ayrı-ayrı idman növləri üzrə milli federasiyaların daimi qayğısı ilə əhatə olunurlar. Xüsusilə ölkə başçısının Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi alqışa layiqdir. Bu, dövlətin idmana verdiyi diqqətin əyani təzahürüdür. Respublika Prezidenti İlham Əliyev Olimpiya Oyunları zamanı həmişə idmançıların yanında olur, onları şəxsən dəstəkləyir, qələbə sevinclərinə şərik olur.

İdmanın bədən tərbiyəsinin maddi-texniki bazası ildən-ilə möhkəmlənir. Son illər idmanın müasir tələblərə cavab verən infrastrukturunun yaradılması istiqamətində dövlət rəhbərliyinin qəbul etdiyi proqram qərarlara uyğun olaraq məqsədyönlü işlər görülür. Paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrində çoxsaylı idman qurğuları tikilib istifadəyə verilmişdir. İndiyədək 19 olimpiya idman kompleksi inşa edilmişdir. Hazırda 17 olimpiya idman kompleksinin tikintisi davam edir. Üstəlik, mövcud idman qurğuları, stadionlar digər idman meydançaları təmir edilir, günün tələbləri səviyyəsində yenidən qurulur. İndi təkcə rayon mərkəzlərində yox, kəndlərdə idman qurğuları inşa edilir.

Belə bir məqam da diqqəti cəlb edir ki, cəmiyyətdə idmançının nüfuzu artır. Uşaq yeniyetmələr arasında idman bədən tərbiyəsinə artan maraq müşahidə olunur. Bu da səbəbsiz deyil. Yetişməkdə olan nəsil görür ki, Vətəni mötəbər beynəlxalq yarışlarda təmsil edib şöhrətini dünyaya yayan idmançılar dövlət tərəfindən hər cür qayğı ilə əhatə edilir, başqalarına nümunə göstərilirlər. Bu xüsusilə olimpiyaçılara aiddir. Dünyanın ən böyük idman turniri olan Olimpiya Oyunlarından medalla qayıdanlar qəhrəman kimi qarşılanırlar, onların idman şücaəti dövlət ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilir. Bu da böyüməkdə olan nəslin nümayəndələrini idmanla məşğul olub doğma Azərbaycanın adını zirvələrə qaldırmağa ruhlandırır. İdman həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayır. İdmanın kütləvi bədən tərbiyəsinin inkişafı başqa bir cəhətdən böyük əhəmiyyət kəsb edir: bununla dövlət paralel olaraq millətin gələcəyini - gənclərin asudə vaxt problemini həll edir, onların sağlam böyüməsi üçün zəruri şərait yaradır.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, dövlətin idman siyasətinin həyata keçirilməsində bütün qurumlar - Milli Olimpiya Komitəsi, Gənclər İdman Nazirliyi, milli federasiyalar, idman cəmiyyətləri, klublar, bütövlükdə idman ictimaiyyəti əlbir, əlaqəli fəaliyyət göstərir. Bu da müvəffəqiyyətin rəhnidir.

Sevindirici haldır ki, Azərbaycan artıq idman ölkəsi kimi tanınır. Bu, bir tərəfdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları diqqətəlayiq uğurlardan irəli gəlir, digər tərəfdən isə, idman infrastrukturunun müntəzəm olaraq təkmilləşdirilməsi yerli səlahiyyətli orqanların dünya miqyaslı idman yarışları təşkil etmək bacarığı ilə bağlıdır. Ölkəmizin müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi artıq adi hal almışdır. İdmanın ayrı-ayrı növləri üzrə Avropa dünya birincilikləri, eləcə digər turnirlər yüksək səviyyədə təşkil olunur. Cari ildə güləş üzrə dünya çempionatının keçirilməsi isə ölkənin bütün imkanlarını nümayiş etdirdi. Bu turnirə 100-dən çox ölkənin komandaları qatılmışdı onların hamısı turnir iştirakçıları üçün yaradılmış şəraitdən razı qaldı. Həm beynəlxalq idman ictimaiyyəti tam əmin oldu ki, dünya miqyaslı hər hansı turnirin Azərbaycanda təşkil edilməsi barədə tərəddüdsüz qərar qəbul etmək olar.

Eyni zamanda Avropa dünya idman təşkilatlarının rəhbərləri müntəzəm olaraq ölkəmizə səfərlər edirlər. Bu, Azərbaycana göstərilən diqqətin təzahürüdür, idmanın inkişafı naminə görülən işlərə, dövlətin idman siyasətinə verilən qiymətdir.

İdmançılarımız əldə etdikləri nailiyyətlərlə kifayətlənmirlər. Onları qarşıda bir-birindən məsul yarışlar gözləyir. Şübhə etməmək olar ki, yeni ildə dünyanın idman meydanlarında Azərbaycan gənclərinin parlaq qələbələrinin şahidi olacağıq.

 

A.MEHDİYEV

 

Azərbaycan.-2008.-31 dekabr.-S.3.