Qətər dövlətinin əmiri əlahəzrət şeyx Həməd bin Xəlifə al Taniyə

 

Əlahəzrət!

Ölkənizin milli bayramı münasibətilə Sizə Sizin simanızda bütün Qətər xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-Qətər münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə addımlar atacağıq.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına sülh rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 18 dekabr.- S. 1.