Bakıda Azərbaycan uşaqlarının Forumu başa çatmışdır

 

Dekabrın 18-də Bakıda Azərbaycan uşaqlarının I Forumu başa çatmışdır.

Heydər Əliyev Fondu, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) "Nur" Uşaq Gənclərin İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Azərbaycanda "Uşaq ili"nin yekunlarına, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunmuş forumda respublikanın müxtəlif bölgələrindən 250-dən çox uşaq iştirak etmişdir.

Forumda Prezident İlham Əliyevə müraciət yekun bəyannamə qəbul edilmişdir.

"Nur" Uşaq Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova forumun nəticələri barədə məlumat vermiş, işçi qruplarda uşaqları düşündürən ən mühüm mövzular ətrafında müzakirələr aparıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, əsas təkliflər xüsusi qayğıya ehtiyacı olan uşaqların müdafiəsi, vətənpərvərlik, uşaqların sosial həyat tərzi, milli-mənəvi dəyərlər, uşaq təşkilatlarının fəaliyyət istiqamətləri ilə bağlı olmuşdur.

Tədbirin əhəmiyyətini vurğulayan AQUPDK-nın sədri Hicran Hüseynova bildirmişdir ki, Azərbaycan uşaqlarının I Forumunun keçirilməsi ölkənin ictimai həyatında çox mühüm bir hadisə, bu forumun iştirakçısı olmaq isə böyük şərəfdir. Forum uşaqlara müxtəlif sahələrdə öz fikirlərini, təkliflərini bölüşməyə geniş imkan yaratmışdır.

Hicran Hüseynova "Nur" Uşaq Gənclərin İctimai Birliyi tərəfindən "Uşaq hüquqları" mükafatı ilə təltif olunmuşdur.

Tədbirdə ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, təhsil nazirinin müavini Elmar Qasımov, ekologiya təbii sərvətlər nazirinin müavini Novruz Quliyev forum iştirakçılarının fəaliyyətini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.

Forum bədii hissə ilə davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 dekabr.- S. 3.