"Turizm rekreasiya: problemlər perspektivlər" adlı III Respublika elmi-praktiki konfransı keçirilmişdir

 

Dekabrın 19-da Azərbaycan Turizm İnstitutunda (ATİ) Mədəniyyət Turizm Nazirliyi ATİ-nin birgə təşkilatçılığı ilə "Turizm rekreasiya: problemlər perspektivlər" adlı III Respublika elmi-praktiki konfransı keçirilmişdir.

Tədbirdə müxtəlif ali təhsil müəssisələrinin, turizm agentlikləri mehmanxanaların nümayəndələri, turizm sahəsində tədqiqatla məşğul olan mütəxəssislər iştirak etmişlər.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev ənənəyə çevrilmiş konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, müzakirə edilən mövzular turizmin bütün sahələrini əhatə edir. Konfrans Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcəkdir.

Nazir vurğulamışdır ki, bu il ATİ-nin ilk buraxılışı olacaqdır. Məzunlar ölkəmizdə turizm obyektlərində işlə təmin ediləcəklər.

ATİ-nin rektoru Cəfər Cəfərov bildirmişdir ki, turizm sənayesi ölkəmizdə inkişaf etməkdə olan sahədir. Son illər turizm infrastrukturu yaradılması sahəsində Bakıda regionlarda böyük işlər görülür. Bu sahədə ixtisaslı kadrların yetişdirilməsi üçün əlimizdən gələni edirik. Rektor dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq nəticəsində ATİ-də təhsilin səviyyəsinin xeyli yüksəldiyini xüsusi vurğulamışdır.

Tədbirdə turizm rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri praktiki əhəmiyyəti, milli turizmin müasir vəziyyəti, təhlükəsizlik məsələləri, inkişaf perspektivləri, ekoturizm onun inkişaf problemləri müzakirə edilmişdir.

Üç bölmədə davam edən konfransda "Turizm təhsilində akreditasiya keyfiyyət", "Heydər Əliyev müstəqillik illərində turizm sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi", "Azərbaycanda turizmin inkişafının tarixi mərhələləri", "Turizmdə xidmət keyfiyyətinin mahiyyəti əhəmiyyəti" digər mövzularda məruzələr dinlənilmişdir.

İnstitutun foyesində tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 dekabr.- S. 2.