Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında

 

Maddə 1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 000,0 min manat, xərcləri 11 264 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 9 552 016,1 min manat, yerli gəlirləri 462 983,9 min manat və mərkəzləşdirilmiş xərcləri 10 069 700,0 min manat, yerli xərcləri 1 194 300,0 min manat) məbləğində təsdiq edilsin.

 

Maddə 2. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

 

(min manatla)

 

Gəlirlərin mənbələri    Dövlət büdcəsinin gəlirləri

 

2.1.        Fiziki şəxslərin gəlir vergisi        680 000,0

2.2.        Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi             1 096 000,0

2.3.        Əlavə dəyər vergisi      1 876 000,0

2.3.1.     Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi            798 000,0

2.4.        Aksiz   552 000,0

2.4.1.     Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz         82 000,0

2.5.        Hüquqi şəxslərin əmlak vergisi 101 000,0

2.6.        Hüquqi şəxslərin torpaq vergisi             35 000,0

2.7.        Yol vergisi        40 500,0

2.7.1.     Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi           6 500,0

2.8.        Mədən vergisi 130 000,0

2.9.        Sadələşdirilmiş vergi     90 000,0

2.10.      Gömrük rüsumları        213 500,0

2.11.      Dövlət rüsumu 73 000,0

2.12.      Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar          4 000,0

2.13.      Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar      5 000,0

2.14.      Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar           164 000,0

2.15.      Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar      468,0

2.16.      Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər     80,0

2.17.      Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar             1 780,0

2.18.      Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər          1 200,0

2.19.      Dövlət Neft Fondundan daxilolmalar    4 915 000,0

2.20.      Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar   5 850,0

2.21.      Müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar      2 900,0

2.22.      Aksiz markaların satışından daxilolmalar           2 722 ,0

2.23.      Sair gəlirlər       25 000,0

 

Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu və “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

 

3.1.        “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu    170 000,0

3.1.1.     Yol vergisi        40 500,0

3.1.2.     Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi            12000,0

3.1.3.     İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər            50 000,0

3.1.4.     İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu      50500,0

3.1.5.     Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu    8 500,0

3.1.6.     Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu            8 500,0

3.2.        “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”    100000,0

3.2.1.     Müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar      2900,0

3.2.2.     “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.21-ci və 3.1.1.-3.1.6-cı maddələrində nəzərdə tutulan daxilolmalar istisna olmaqla, dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait         97100,0

 

Maddə 4. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

 

Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulsun.

 

Maddə 6. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:

 

6.1.        Bakı şəhəri üzrə gəlirlərdən (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa)     96,72 faiz

6.2.        Aşağıdakı mənbələr üzrə daxilolmalardan:

Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri            100,0 faiz

 

Maddə 7. Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

 

7.1. Bakı şəhəri üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - Bakı şəhəri üzrə gəlirlərin 3,28 faizi;

7.2. Digər şəhər və rayonlar üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - müvafiq şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi.

 

Maddə 8. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir.

 

Xərclərin istiqamətləri            Məbləğ

 

(manatla)

 

8.1.        Ümumi dövlət xidmətləri           1.046.338.387,0

8.1.1.     qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri             345.947.035,0

8.1.2.     beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara

 

üzvlük haqqı xərcləri

 

  27.812.200,0

8.1.3.     elm xərcləri      101.203.217,0

8.1.4.     başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri        51.995.123,0

8.1.5.     dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər           287.080.812,0

8.1.6.     yerli (bələdiyyə) büdcələrə verilən dotasiya       3.500.000,0

8.1.7.     Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya   228.800.000,0

8.2.        Müdafiə           1.205.827.744,0

8.2.1.     müdafiə qüvvələri         1.120.991.187,0

8.2.2.     milli təhlükəsizlik           80.026.523,0

8.2.3.     müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar    2.425.271,0

8.2.4.     digər kateqoriyalara aid edilməyən xərclər        2.384.763,0

8.3.        Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq            707.390.467,0

8.3.1.     məhkəmə hakimiyyəti   41.432.243,0

8.3.2.     hüquq-mühafizə            625.176.742,0

8.3.3.     prokurorluq      40.449.999,0

8.3.4.     digər kateqoriyalara aid edilməyən xərclər        331.483,0

8.4.        Təhsil   1.276.755.046,0

8.4.1.     məktəbəqədər və ibtidai təhsil 88.007.195,0

8.4.2.     natamam və orta təhsil 696.896.262,0

8.4.3.     internat və xüsusi məktəblər      48.096.498,0

8.4.4.     texniki-peşə məktəbləri və liseylər        65.178.786,0

8.4.5.     ali təhsil            138.629.923,0

8.4.6.     təhsil sahəsində tətbiqi tədqiqatlar         4.883.519,0

8.4.7.     təhsil sahəsində digər xidmətlər             235.062.863,0

8.5.        Səhiyyə            483.425.919,0

8.5.1.     poliklinikalar və ambulatoriyalar           68.894.306,0

8.5.2.     xəstəxanalar     251.301.028,0

8.5.3.     səhiyyə sahəsində digər xidmətlər         9.455.947,0

8.5.4.     səhiyyə sahəsində tətbiqi tədqiqatlar     3.517.159,0

8.5.5.     səhiyyə sahəsinə aid edilən digər xidmətlər        150.257.479,0

8.6.        Sosial müdafiə və sosial təminat            1.192.340.998,0

8.6.1.     sosial müdafiə xərcləri 1.176.248.316,0

8.6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)             533.704.800,0

8.6.2.     sosial təminat xərcləri   16.092.682,0

8.7.        Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət             179.091.104,0

8.7.1.     mədəniyyət və incəsənət sahəsində fəaliyyət      107.968.712,0

8.7.2.     radio, televiziya və nəşriyyat     44.662.532,0

8.7.3.     bədən tərbiyəsi, gənclər siyasəti və turizm         23.414.639,0

8.7.4.     digər kateqoriyalara aid edilməyən fəaliyyət      3.045.221,0

8.8.        Mənzil və kommunal təsərrüfatı            201.185.075,0

8.8.1.     mənzil təsərrüfatı          16.573.410,0

8.8.2.     kommunal təsərrüfatı    181.120.666,0

8.8.3.     su təsərrüfatı     3.054.066,0

8.8.4.     mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər             436.933,0

8.9.        Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi           382.698.126,0

8.9.1.     kənd təsərrüfatı            362.241.892,0

8.9.2.     meşə təsərrüfatı            8.982.837,0

8.9.3.     balıqçılıq və ovçuluq     2.012.640,0

8.9.4.     ətraf mühitin mühafizəsi             3.204.228,0

8.9.5.     hidrometeorologiya tədbirləri    6.256.529,0

8.10.      Sənaye, tikinti və faydalı qazıntılar        3.564.150.709,0

8.10.1.   tikinti    3.550.750.000,0

8.10.1.1.            dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)          3.549.000.000,0

8.10.2.   faydalı qazıntılar           13.400.709,0

8.11.      Nəqliyyat və rabitə       77.017.952,0

8.11.1.   nəqliyyat          74.304.241,0

8.11.2.   rabitə   2.713.711,0

8.12.      İqtisadi fəaliyyət           181.494.200,0

8.12.1.   iqtisadi və kommersiya fəaliyyəti           35.000.000,0

8.12.2.   iqtisadi fəaliyyətin digər sahələri            14.000.000,0

8.12.3.   çoxsahəli inkişaf layihələri         132.494.200,0

8.13.      Əsas bölmələrə aid edilməyən xidmətlər           766.284.273,0

8.13.1.   məqsədli büdcə fondları           270.000.000,0

8.13.1.1.            “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu    170.000.000,0

8.13.1.2.            “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”    100.000.000,0

8.13.2.   ehtiyat fondları 260.000.000,0

8.13.2.1.            Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 160.000.000,0

8.13.2.2.            Dövlət büdcəsinin Ehtiyat Fondu          100.000.000,0

8.13.3.   əsas bölmələrə aid edilməyən sair xərclər         236.284.273,0

 

Maddə 9. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

 

Maddə 10. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 3.980.000.000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 462.983.913,0 manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 63.000.000,0 manat, yerli xərcləri 1.192.748.900,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 729.764.987,0 manat təsdiq edilsin.

 

Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 1.551.100,0 manat təsdiq edilsin.

 

(manatla)

 

¹          Şəhər və rayonların adı             Gəlirlər             Xərclər            Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılan vəsait

Cəmi      o cümlədən

şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ         “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ

 

Şəhərlər:

 

1.           Bakı     3 608 757 000            117 133 713    37 607 200      117 133 713     

2.           Yevlax             7 320 000        6 647 900        672 100           18 764 069      12 116 169

3.           Gəncə 19 435 000      18 444 100      990 900           49 456 912      31 012 812

4.           Lənkəran         14 120 000      13 583 500      536 500           27 127 093      13 543 593

5.           Mingəçevir       6 536 000        6 240 300        295 700           24 554 049      18 313 749

6.           Naftalan           890 000           854 700           35 300             2 547 355        1 692 655

7.           Sumqayıt          40 086 000      38 953 900      1 132 100        55 954 713      17 000 813

8.           Xankəndi

9.           Şəki     10 212 000      9 626 600        585 400           29 068 933      19 442 333

10.         Şirvan 10 118 000      9 860 300        257 700           14 026 773      4 166 473

 

Rayonlar:

 

11.         Abşeron           24 060 000      17 822 600      6 237 400        20 424 136      2 601 536

12.         Ağdam             6 229 000        6 131 600        97 400             31 526 257      25 394 657

13.         Ağdaş 3 550 000        3 415 000        135 000           15 652 154      12 237 154

14.         Ağstafa            4 600 000        4 439 200        160 800           13 735 417      9 296 217

15.         Ağsu    3 000 000        2 872 700        127 300           11 120 149      8 247 449

16.         Ağcabədi         6 200 000        5 947 500        252 500           19 371 677      13 424 177

17.         Astara 7 617 000        2 987 700        4 629 300        15 161 457      12 173 757

18.         Balakən           3 580 000        3 020 700        559 300           12 723 792      9 703 092

19.         Beyləqan          3 998 000        3 884 300        113 700           13 627 205      9 742 905

20.         Bərdə   6 400 000        6 166 700        233 300           24 663 930      18 497 230

21.         Biləsuvar          4 529 000        3 532 500        996 500           12 205 363      8 672 863

22.         Qazax 5 200 000        5 013 000        187 000           16 462 608      11 449 608

23.         Qax     2 840 000        2 745 000        95 000             14 291 836      11 546 836

24.         Qəbələ             7 430 000        7 259 900        170 100           15 378 428      8 118 528

25.         Qobustan         2 480 000        2 433 800        46 200             6 690 472        4 256 672

26.         Quba   9 240 000        8 913 700        326 300           24 003 529      15 089 829

27.         Qubadlı            1 500 000        1 406 000        94 000             8 882 223        7 476 223

28.         Qusar   4 454 000        4 256 600        197 400           15 511 738      11 255 138

29.         Daşkəsən         1 570 000        1 533 900        36 100             10 138 392      8 604 492

30.         Dəvəçi             3 510 000        3 444 000        66 000             9 393 147        5 949 147

31.         Zaqatala           5 636 000        5 388 100        247 900           20 422 991      15 034 891

32.         Zəngilan           820 000           790 100           29 900             6 849 325        6 059 225

33.         Zərdab             2 350 000        2 287 300        62 700             11 617 647      9 330 347

34.         İmişli    6 840 000        6 706 800        133 200           15 598 848      8 892 048

35.         İsmayıllı            4 900 000        4 703 900        196 100           16 490 881      11 786 981

36.         Yardımlı           1 745 000        1 713 500        31 500             10 788 030      9 074 530

37.         Kəlbəcər          905 000           885 000           20 000             15 899 391      15 014 391

38.         Kürdəmir         4 190 000        4 011 000        179 000           14 810 300      10 799 300

39.         Gədəbəy          3 800 000        3 686 300        113 700           21 868 939      18 182 639

40.         Goranboy        3 444 000        3 281 400        162 600           21 357 843      18 076 443

41.         Göyçay            5 586 000        5 407 900        178 100           17 611 367      12 203 467

42.         Göygöl             3 360 000        3 224 900        135 100           11 643 294      8 418 394

43.         Laçın    1 912 000        1 863 800        48 200             17 693 431      15 829 631

44.         Lerik    1 890 000        1 823 600        66 400             14 640 133      12 816 533

45.         Masallı             8 710 000        8 444 000        266 000           20 913 158      12 469 158

46.         Neftçala           4 200 000        4 081 400        118 600           13 494 791      9 413 391

47.         Oğuz    2 095 000        2 008 100        86 900             9 022 648        7 014 548

48.         Saatlı    6 016 000        5 934 300        81 700             13 730 317      7 796 017

49.         Sabirabad        7 096 000        6 970 300        125 700           21 203 471      14 233 171

50.         Salyan 6 634 000        6 423 500        210 500           19 973 408      13 549 908

51.         Samux 2 030 000        1 946 400        83 600             9 702 856        7 756 456

52.         Siyəzən            2 900 000        2 862 100        37 900             6 458 756        3 596 656

53.         Tərtər   2 880 000        2 799 500        80 500             11 786 708      8 987 208

54.         Tovuz   8 784 000        6 897 400        1 886 600        27 540 272      20 642 872

55.         Ucar    2 864 000        2 773 000        91 000             12 245 344      9 472 344

56.         Füzuli   5 782 000        5 715 900        66 100             22 899 145      17 183 245

57.         Xaçmaz           10 900 000      10 491 600      408 400           24 103 177      13 611 577

58.         Xocavənd        576 000           566 600           9 400   4 244 460        3 677 860

59.         Xocalı 220 000           214 900           5 100   2 673 466        2 458 566

60.         Xızı      1 190 000        1 179 700        10 300             4 894 743        3 715 043

61.         Hacıqabul        3 568 000        3 442 600        125 400           9 359 838        5 917 238

62.         Cəbrayıl           852 000           785 500           66 500             10 957 703      10 172 203

63.         Cəlilabad         7 700 000        7 467 200        232 800           27 135 396      19 668 196

64.         Şamaxı             7 356 000        7 225 700        130 300           18 403 951      11 178 251

65.         Şəmkir             9 540 000        9 148 500        391 500           29 414 756      20 266 256

66.         Şuşa     1 268 000        1 260 700        7 300   5 700 596        4 439 896

              Cəmi:   3 980 000 000            462 983 913    63 000 000      1 192 748 900            729 764 987

 

Maddə 11. Bu Qanunun 10-cu maddəsi ilə Bakı şəhəri üzrə nəzərdə tutulmuş xərclərin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 6.1-ci və 7.1-ci maddələri ilə müəyyən edilmiş Bakı şəhəri üzrə gəlirlərdən dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə və Bakı şəhəri üzrə yerli gəlirlərə ayırma normativlərinin müvafiq olaraq 2 faiz-bənddən çox olmamaqla artırılması və azaldılması yolu ilə həyata keçirilir.

 

Maddə 12. Azərbaycan Respublikasının 2010-cu ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

 

(manatla)

 

12.1.      Daxili dövlət borcu üzrə           78 364 246,0

12.1.1.   faiz ödənişləri   28 314 246,0

12.1.2.   əsas borc üzrə ödənişlər           50 050 000,0

12.2.      Xarici dövlət borcu üzrə           208 716 566,0

12.2.1.   faiz ödənişləri   122 871 841,0

12.2.2.   əsasborc üzrə ödənişlər            85 844 725,0

 

Maddə 13. Azərbaycan Respublikasının 2010-cu ildə daxili dövlət borcunun yuxarı həddi (limiti) 1 700 000,0 min manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 2 500 000,0 min manat təsdiq edilsin.

 

Maddə 14. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

 

Maddə 15. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 249 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən və daxili və xarici borclanmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və 2010-cu il 01 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabınahəyata keçirilsin.

 

Maddə 16. Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 12 635 820,6 min manat müəyyən edilsin.

 

Maddə 17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsinin kəsiri 6 714 000,0 min manat məbləğində müəyyən edilsin.

 

Maddə 18. Bu Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2009-cu il.

 

Azərbaycan.- 2009.- 22 dekabr.- S. 2.