Yaponiyanın İmperatoru əlahəzrət Akihitoya

 

Əlahəzrət!

Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Yaponiya münasibətlərinə böyük əhəmiyyət veririk. İkitərəfli əlaqələrimizin gündən-günə genişlənməsi, həyata keçirdiyimiz birgə iqtisadi layihələr münasibətlərimizin inkişaf dinamikasını müəyyən edən amillərdəndir. Əminəm ki, dost ölkələrimiz arasında əməkdaşlıq zəminində əldə etdiyimiz nailiyyətlər bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı səadət, dost Yaponiya xalqına əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.-23  dekabr.- S. 1.