Sumqayıt Texnoparkı Azərbaycanın artan qüdrətinin göstəricisidir

 

Prezident İlham Əliyev texnoparkın açılış mərasimində iştirak etmişdir

 

 Dekabrın 22-də Sumqayıt Texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimi keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Sumqayıt Texnoparkının ərazisi 45 hektardır. Parkdakı zavod korpuslarının ərazisi isə 140 min kvadratmetrdir. Burada böyük həcmdə abadlıq yaşıllaşdırma işləri görülmüşdür.

Postsovet məkanında bənzəri olmayan bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin yenidən qurulmasına müasirləşdirilməsinə geniş imkanlar açacaqdır. Bu möhtəşəm iqtisadi kompleksin işə düşməsi ilə respublikamızın energetika qurğuları yerli texniki avadanlıq məhsullarla təchiz olunacaqdır. Bölgələrdəki təbii ehtiyatlardan istifadə etməklə ucuz keyfiyyətli məhsul istehsalı qaydaya salınacaqdır. Daşıma xərclərinin müddətinin azalması hesabına nəzərdə tutulan layihələr daha qısa müddətdə reallaşacaq məhsulların maya dəyəri aşağı düşəcəkdir. Bütün bunlar kompleks tam işə düşdükdən sonra rəqabətədavamlı məhsulların ixracına geniş imkanlar açacaqdır.

 Sumqayıt Texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlayacaq zavodlar, sexlər istehsal xətləri yaradılacaqdır. Texnoparkın birinci mərhələsi çərçivəsində müəssisələrin tikinti-quraşdırma işlərində 2300 nəfərdən çox işçi çalışmışdır. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi işlə təmin ediləcəkdir.

Prezident İlham Əliyev əvvəlcə "Azərenerji" ASC-nin "Sumqayıt-3" 110/35/6 kilovoltluq qapalı tipli yarımstansiyasının açılışında iştirak etdi.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, "Sumqayıt-3" qapalı tipli yarımstansiyası Cənubi Qafqazda istifadəyə verilən ilk belə obyektdir. Yarımstansiya az yer tutduğundan şəhər tipli yarımstansiyaların tikintisində istifadə oluna bilər. Yarımstansiya yüksək səviyyədə avtomatlaşdırılmışdır daxili mikro nəzarət sisteminə malikdir. Təmirə ehtiyacı olmayan bu qurğunun birbaşa mərkəzi dispetçer məntəqəsindən idarə edilməsi mümkündür. Yarımstansiyanın gücü 200 meqavoltamperdir. Yarımstansiya respublika enerji sisteminə qoşulmuşdur buradan Sumqayıtın əsas sənaye obyektlərinə enerji ötürüləcəkdir.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

 

* * *

 

Sonra dövlətimizin başçısı texnoparkdakı plastik borular zavodunda istehsal prosesi ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu zavodda 800 millimetrə qədər diametrli plastik borular istehsal olunacaqdır.

On altı atmosfer təzyiqə davam gətirəcək belə boruların MDB məkanında ilk dəfə istehsalına başlanır bunlardan kabellərin çəkilməsində, kiçik su elektrik stansiyalarının tikintisində, həmçinin qaz, su kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə ediləcəkdir. Bu müəssisənin illik istehsal gücü 20 min tondur. Gələn il istehsal korpusunun 2 dəfə genişləndirilməsi məhsulun çeşidinin 2 dəfə artırılması nəzərdə tutulur.

 

* * *

 

Prezident İlham Əliyev sonra mis alüminium elektrotexniki çubuqların istehsalı zavoduna gəldi. Zavodun sahəsi 3 min kvadrammetrdir. Burada ən müasir avadanlıq quraşdırılmışdır sınaq-sazlama işləri başa çatdırılmışdır.

Zavodda elektroenergetika sənayesində kəskin ehtiyac duyulan mis alüminium çubuqlar istehsal olunur. Müəssisənin illik istehsal gücü 30 min tondur.

Dövlətimizin başçısına məlumat verildi ki, hazır mis alüminium külçələr istehsal prosesinə verilir yüksək keyfiyyətli bu xammaldan ən müasir standartlara cavab verən mis alüminium çubuqlar hazırlanır.

 

* * *

 

Prezident İlham Əliyev daha sonra 110 kilovolta qədər gərginlik kabelləri istehsal edəcək zavodda istehsal prosesini izlədi.

Dövlətimizin başçısına məlumat verildi ki, həmin zavod MDB məkanında ən qabaqcıl texnologiyalara əsaslanan yeganə müəssisədir. Burada ən son elmi-texniki yeniliklərə uyğun avadanlıq quraşdırılmışdır.

Müəssisədə müxtəlif en kəsikli 1, 6, 10, 35 110 kilovolt gərginlik kabelləri, 800 kvadratmillimetr en kəsiyində alüminium mis məftillər, dənizdə istifadəsi nəzərdə tutulan qurğuşun örtüklü nəzarət kabelləri istehsal ediləcəkdir.

Bu zavodda ildə 30 min ton alüminium bir o qədər mis kabel istehsalı mümkündür. Bildirildi ki, istehsal edilən kabellər alüminium, polad qurğuşun zirehlidir. Bundan başqa, burada beynəlxalq bazara ixrac edilmək üçün məhsullar da hazırlanacaqdır. 132 154 kilovolt gərginliyə davamlı həmin kabellərin ixracı ilə bağlı artıq müəssisəyə xarici ölkələrdən sifarişlər daxil olmuşdur.

 

* * *

 

 Sonra Prezident İlham Əliyev 500 kilovolta qədər gərginlik kabelləri istehsal edəcək zavodun təməlinin qoyulmasında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, bu zavodun MDB məkanında analoqu olmayacaqdır. Hazırda dünyada cəmi 7 belə müəssisə fəaliyyət göstərir.

Prezident İlham Əliyev zavodun təməlini qoydu.

 

* * *

 

Prezident İlham Əliyev energetiklər inşaatçılarla görüşərək onları təbrik etdi. Dövlətimizin başçısı dedi:

- Bu gün çox gözəl bir gündür. Sumqayıt Texnoparkında yeni zavodun təməl daşını qoyduq. Bu zavod özlüyündə bir nadir sənaye müəssisəsidir. Əminəm ki, tezliklə tikiləcək, istifadəyə veriləcək beləliklə, Azərbaycanda yeni, müasir istehsal sahəsi yaradılacaqdır.

Bu yeni, müasir istehsal sahəsi bizə imkan verəcək ki, Azərbaycan öz iqtisadi sənaye potensialını daha da böyük həcmdə realizə etsin, ölkəmizdə aparılan islahatlar, tikinti-quraşdırma işləri daha da sürətlə getsin.

Bu gün Sumqayıt texnoparkı ilə tanış olarkən bir daha gördüm ki, bizim çox böyük imkanlarımız, böyük potensialımız vardır. Qısa müddət ərzində yaradılan bu sənaye şəhərciyi Azərbaycanın artan iqtisadi qüdrətini, Azərbaycanda aparılan islahatların düzgün istiqamətdə olmasını göstərir. Çünki əgər belə olmasaydı, əgər Azərbaycanda gözəl biznes mühiti yaranmasaydı, bunların heç biri reallaşa bilməzdi. Bu gün bu texnopark, deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir. Burada istehsal olunan məhsullar Azərbaycanın tələbatını tam şəkildə ödəyəcək eyni zamanda, ixrac üçün çox keyfiyyətli məhsullar hazırlanaraq dünya bazarına çıxarılacaqdır.

 Mən çox şadam ki, Azərbaycanda bu sahə uğurla inkişaf edir. Çox şadam ki, bu texnopark məhz Sumqayıt şəhərində yaradılıbdır. Çünki Sumqayıtın çox böyük zəngin tarixi, gözəl ənənələri vardır. Sumqayıt vaxtilə sənaye şəhəri kimi yaradılmışdır biz bu gün Sumqayıtı yeni, müasir sənaye mərkəzinə çeviririk. Çünki burada yaradılan yaradılacaq müəssisələr Azərbaycanın gələcəkdə , uzun illər bundan sonra da sənaye gücünü artıracaq beləliklə, ölkəmizin hərtərəfli inkişafı üçün yaxşı imkanlar açacaqdır.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. Əgər belə olmasaydı, nəhəng zavodlar yaradılmazdı. Eyni zamanda, ölkədə gedən iqtisadi inkişaf tələb edir ki, yeni müəssisələr yaradılsın, yeni məhsullar buraxılsın onlar bizim tələbatımızı ödəsin. Bütün dünyada iqtisadi böhranın demək olar ki, böyük problemlər yaratdığı bir dövrdə Azərbaycan iqtisadiyyatı hətta 2009-cu ildə artır. İlin yekunlarına görə, bizim 9 faizdən çox iqtisadi artımımız gözlənilir. Sənaye istehsalı da təxminən bu səviyyədədir. Gələcəkdə bu böyük sənaye şəhərciyində istehsal olunacaq məhsullar Azərbaycanın potensialını yüksək dərəcədə artıracaq qeyri-neft sektorunun inkişafı üçün çox gözəl örnək olacaqdır.

Mən bu gözəl hadisə münasibətilə Sumqayıtda, Sumqayıt Texnoparkında yaradılmış müəssisələrin işə düşməsi yaradılmasının davam etdirilməsi, bu gün nəhəng zavodun təməl daşının qoyulması münasibətilə bir daha sizi təbrik edirəm. Sizi qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm, sizə uğurlar cansağlığı arzulayıram.

Energetiklər inşaatçılar dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 dekabr.- S. 1, 2.