Görkəmli jurnalist, alim ictimai xadim Nəsir İmanquliyevə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında publisist Rəhilə Gülgünün "Xəbərin rəngi" kitabının təqdimatı keçirildi. Qeyd edək ki, bu kitab Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə çap edilib.Yeni nəşr görkəmli jurnalist, ictimai xadim, pedaqoq Nəsir İmanquliyevin ömür yolundan, yaradıcı əməyindən, mətbuat tariximizdə örnək olan xidmətlərindən bəhs edir.

Mərasimi giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı. O, gözəl insanlıq təcəssümü olan Nəsir İmanquliyev haqqında qısa məlumat verdi.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Nəsir İmanquliyevin mətbuat sahəsində, eləcə pedaqoji fəaliyyətində qazandığı uğurlardan danışdı.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev "Silinməz izlər" seriyası altında çap olunan "Xəbərin rəngi" kitabının sayca ikinci nəşr olduğunu diqqətə çatdırdı. Nazir görkəmli jurnalist, pedaqoq Nəsir İmanquliyevin həmişə azad fikrin, yeniliyin tərəfdarı olduğunu bildirdi.

Həqiqətən belə şəxsiyyətlər, sözün həqiqi mənasında, Azərbaycanın xoşbəxt unudulmaz insanlarıdır. Onlar fenomen, ustad, klassik, korifey kimi xalqına xidmət edir, mənəviyyat gülüstanı yaradırlar. Nəsir müəllimin xoşbəxtliyi odur ki, o korifey olub.

Çıxış edənlərin hamısı bir fikri yekdilliklə vurğuladılar ki, Nəsir İmanquliyevin mətbuat sahəsində gördüyü nəcib işlər, eləcə "Bakı" qəzetində çalışdığı illər Azərbaycan mətbuatı tarixində bir örnəkdir.

Tədbirdə tanınmış jurnalistlər, onunla çalışan mətbuat işçiləri Nəsir İmanquliyevlə bağlı xoş xatirələrdən söhbət açdılar.

Sonda "Xəbərin rəngi" kitabının müəllifi, publisist Rəhilə Gülgün Mədəniyyət Turizm Nazirliyinə, görkəmli jurnalist, pedaqoq Nəsir İmanquliyev haqqında çıxış edənlərə minnətdarlığını bildirdi. O qeyd etdi ki, bu gün tədbirdə Nəsir İmanquliyev haqqında danışanlar onun portretini yaratdılar. Nəsir müəllim zamanın qədrini bilən insan idi.

 

 

Təranə CƏBİYEVA

 

Azərbaycan.- 2009.- 23 dekabr.- S.8.