"Azərbaycan Respublikasında
2010-cu il üçün yaşayış minimumu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
"Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 908-IIIQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 908-IIIQ nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 908-IIIQ nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 dekabr
2009-cu il
Azərbaycan.- 2009.- 23 dekabr.- S. 3.