"Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

"Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 909-IIIQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 909-IIIQ nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 909-IIIQ nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 23 dekabr.- S. 3.