"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. əlillərin, ilk dəfə işaxtaranların işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını Naxçıvan Muxtar Respublikası üzrə xərclər ayrıca göstərilməklə bir ay müddətində təsdiq etsin;

1.2. gəlir xərc smetaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan iri dövlət müəssisələrinin 2010-cu il üçün smetalarında əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsini nəzərdə tutsun;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, fondun 2010-cu il büdcəsinin gəlirlərinin xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla təsdiq etsin.

4. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2010-cu il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində təsdiqində nəzərə alsınlar.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 23 dekabr.- S. 3.