Uşağın anadan olmasına görə müavinətin məbləğinin
artırılması haqqında
Azərbaycan Respublikasında uşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Uşağın anadan olmasına görə sosial müavinət 50 faiz artırılaraq 75 manat məbləğində müəyyən edilsin.
2. "Sosial müavinətlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 avqust tarixli 820 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹8, maddə 727) 1.2.2-ci bəndində "50" rəqəmi "75" rəqəmi ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu fərman 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 24 dekabr.- S. 1.