"Məhkəmə
qərarlarının icrası
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2009-cu il
20 oktyabr tarixli
894-IIIQD nömrəli Qanununun
tətbiq edilməsi haqqında
"Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 894-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1. qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 894-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3. öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 24 dekabr.- S. 4.