"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 927-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 927-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması haqqında təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 24 dekabr.- S. 4.