“Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2008-ci il 30 dekabr tarixli 757-IIIQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. “Standartlaşdırma
haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹2, maddə 92;
2001-ci il, ¹11, maddə 683; 2004-cü il, ¹2, maddə 57, ¹10, maddə
761; 2007-ci il, ¹10, maddə 938) aşağıdakı məzmunda
15-ci maddə əlavə edilsin:
“Maddə 15. Standartlaşdırma sahəsində
hüquqi hərəkətlərə görə dövlət
rüsumu
15.1. Standartlaşdırma sahəsində
aşağıdakı hüquqi hərəkətlərə
görə dövlət rüsumu ödənilir:
15.1.1. məhsulların
(işlərin, xidmətlərin) idarəetmə sistemlərinin
(keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin
və təhlükəsizliyinin, ərzaq məhsullarının
təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması;
15.1.2. sertifikatlaşdırma
üzrə orqanın akkreditasiyası barədə
attestatın verilməsi;
15.1.3. standartlaşdırma
sahəsində normativ sənədlərin dövlət
qeydiyyatı və onlarda dəyişikliyin aparılması.”.
II. “Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹1, maddə 12; 1999-cu il, ¹4, maddə
225; 2000-ci il, ¹8, III kitab, maddə 587; 2001-ci il, ¹3, maddələr
142, 145, ¹5, maddələr 295, 298, ¹11, maddə 683; 2004-cü
il, ¹1, maddələr 6, 13, ¹2, maddələr 57, 58; 2005-ci il,
¹2, maddə 61, ¹12, maddə 1083; 2006-cı il, ¹3, maddə 224;
2007-ci il, ¹8, maddə 749, ¹12, maddə 1218) 15-ci maddəsinin
4-cü bəndinin birinci abzasından “yerləşdirilməsi,”
sözü çıxarılsın, ikinci və
üçüncü abzaslar müvafiq olaraq
üçüncü və dördüncü abzaslar hesab
edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
“Küçə reklamı
lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik
icazənin verilməsi üçün dövlət rüsumu
ödənilir.”.
III. “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹9, maddə
564; 2001-ci il, ¹5, maddə 298, ¹11, maddələr 676, 698; 2002-ci
il, ¹1, maddə 9, ¹8, maddə 463; 2003-cü il, ¹8, maddə 424;
2004-cü il, ¹2, maddə 57, ¹11, maddə 901; 2005-ci il, ¹4, maddə
277, ¹10, maddə 874, ¹11, maddə 993; 2006-cı il, ¹12, maddə
1027; 2007-ci il, ¹6, maddə 560, ¹11, maddələr 1053, 1091;
2008-ci il, ¹2, maddə 49, ¹6, maddələr 453, 463, ¹7, maddə
602; 2009-cu il, ¹2, maddə 47; ¹4, maddə 210) aşağıdakı
dəyişikliklər edilsin:
1. 23-cü maddənin II hissəsindən
“nəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnamələrinin
və nişanlarının verilməsi,
sürücülük vəsiqələrinin verilməsi,”
sözləri çıxarılsın.
2. 27-ci maddə üzrə:
2.1. I hissənin ikinci cümləsindən
və VI hissənin 4-cü bəndindən“, yaxud ödənclərin”
sözləri çıxarılsın;
2.2. XII hissənin 3-cü bəndindən
“, yaxud ödənclərin” sözləri
çıxarılsın.
3. 28-ci maddənin III hissəsinin
ikinci cümləsində və V hissəsində, 29-cu maddənin
II hissəsinin ikinci cümləsində, 35-ci maddənin I hissəsinin
3-cü bəndində “haqq” sözü “dövlət
rüsumu” sözləri ilə əvəz edilsin.
4. 30-cu maddənin VII hissəsinin
4-cü bəndindən “və yaxud ödənclərin”
sözləri çıxarılsın.
5. 35-ci maddənin II hissəsinin
4-cü bəndində “haqqın” sözü “dövlət
rüsumunun” sözləri ilə əvəz edilsin.
IV. “Şəhərsalmanın
əsasları haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999-cu il, ¹8, maddə 473; 2001-ci il, ¹11, maddə 676; 2002-ci il, ¹5,
maddə 241; 2007-ci il, ¹10, maddə
938; 2008-ci il, ¹7, maddə 602) aşağıdakı məzmunda
18-1-ci maddə əlavə edilsin:
“Maddə 18-1. Tikinti, memarlıq və
şəhərsalma sahəsində həyata keçirilən
xidmətlərə görə dövlət rüsumu
Tikinti, memarlıq və
şəhərsalma sahəsində xidmətlərə
görə dövlət rüsumu ödənilir.”.
V. “Ölçmələrin
vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹8 (I kitab), maddə
582; 2007-ci il, ¹5, maddə 442) aşağıdakı dəyişiklik
və əlavə edilsin:
1. 17.1.1-ci maddə
çıxarılsın;
2. aşağıdakı
məzmunda 17-1-ci maddə əlavə edilsin:
“Maddə 17-1. Metrologiya sahəsində
hüquqi hərəkətlərə görə dövlət
rüsumu
Ölçmə vasitələrinin
tipinin təsdiqi, dövlət reyestrinə salınması və
sınaqların aparılaraq attestatın verilməsi, sınaq
və kalibrləmə laboratoriyalarının akkreditasiyası
barədə attestatın verilməsi üçün dövlət
rüsumu ödənilir.”.
VI. Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
¹7, maddə 444; 2006-cı il, ¹12, maddə 1029; 2007-ci il, ¹5, maddə
442, ¹6, maddə 562, ¹8, maddə 756) aşağıdakı əlavə
və dəyişikliklər edilsin:
1. aşağıdakı
məzmunda 6-1-ci maddə əlavə edilsin:
“Maddə 6-1. Dənizçilik sahəsində
xidmətlərə və ya hüquqi hərəkətlərə
görə dövlət rüsumu
6-1.1. Dənizçilik sahəsində
aşağıdakı xidmətlərə və ya hüquqi
hərəkətlərə görə dövlət
rüsumu ödənilir:
6-1.1.1. Azərbaycan
Respublikası Bayrağı altında üzmək hüququ
(patent) haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.2. berbout-çarter
reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə
Azərbaycan Respublikasının Bayrağı altında
üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin
verilməsi;
6-1.1.3. Dövlət Gəmi
Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə
Mülkiyyət hüququ haqqında Şəhadətnamənin
verilməsi;
6-1.1.4. heyətin tərkibi
haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.5. neftlə çirklənmənin
qarşısının alınması haqqında Şəhadətnamənin
verilməsi;
6-1.1.6. gəmi Reyestrindən
çıxarışın verilməsi;
6-1.1.7. gəminin “Gəmi və
Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq
Məcəllə”nin tələblərinə
uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.8. gəminin “Əmniyyətli
İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması
haqqında Şəhadətnamənin verilməsi;
6-1.1.9. limanın (liman məntəqəsinin)
“Gəmi və Liman Vasitələrinin Mühafizəsi
haqqında Beynəlxalq Məcəllə”nin
tələblərinə uyğun olması haqqında Şəhadətnamənin
verilməsi;
6-1.1.10. dənizçilik
şirkətinin “Əmniyyətli İdarəetmə
haqqında Beynəlxalq Məcəllə”nin
tələblərinə uyğun olması haqqında Şəhadətnamənin
verilməsi;
6-1.1.11. gəmi komandir və
sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin
(işçi diplomların) və təsdiqnamələrin
verilməsi;
6-1.1.12. gəmi heyət
üzvləri üçün hazırlıq kursları
sertifikatlarının verilməsi;
6-1.1.13. dənizçinin
Qeyd Kitabçasının verilməsi;
6-1.1.14. dənizçinin
şəxsiyyət sənədinin verilməsi;
6-1.1.15. kiçik həcmli gəmilərə
gəmi biletinin verilməsi;
6-1.1.16. mühərriksiz kiçik həcmli
gəmilərin qeydiyyata alınması;
6-1.1.17. mühərrikli kiçik həcmli
gəmilərin qeydiyyata alınması;
6-1.1.18. kiçik həcmli gəmilərə
texniki baxışın keçirilməsi;
6-1.1.19. kiçik həcmli gəmilərə
gəmi reyestrindən çıxarış verilməsi;
6-1.1.20. kiçik həcmli gəmilərin
sürücülərinə sürücülük vəsiqələrinin
verilməsi.”.
2. 39-cu maddənin ikinci
cümləsində “Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş tariflər
üzrə ödənişlə” sözləri “Dövlət
rüsumu ödəməklə” sözləri ilə əvəz
edilsin.
VII. “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹8, maddə 603; 2006-cı il,
¹6, maddə 482; 2007-ci il, ¹8, maddə 745; 2008-ci il, ¹3, maddə
154) 6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 6. Daşınmaz əmlaka
mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatına
alınması ilə bağlı sənədlərin verilməsi,
habelə girovun dövlət qeydiyyatına alınması
üçün dövlət rüsumu
6.1. Daşınmaz əmlaka
mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatına
alınması ilə bağlı sənədlərin verilməsi,
habelə girovun dövlət qeydiyyatına alınması sahəsində
aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə
görə dövlət rüsumu ödənilir:
6.1.1. Daşınmaz əmlak
üzərində mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatı ilə
bağlı hərəkətlər:
6.1.1.1. daşınmaz
əmlak üzərində mülkiyyət
hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışın verilməsi;
6.1.1.2. daşınmaz
əmlaka dair texniki sənədlərin (pasport və plan
ölçü) verilməsi.
6.1.2. Vərəsəlik nəticəsində
əldə edilmiş hüquqların, bölünmə nəticəsində
əvvəlki hüquq sahibində qalan hissə üzərindəki
hüquqların, yüklülüyün (girov, ipoteka, icarə,
istifadə, lizinq, servitut və s.), icarə və istifadə
hüquqlarının yüklülüyünün və
özgəninkiləşdirilməsinin dövlət
qeydiyyatının aparılması;
6.1.3. tikintisi
başa çatdırılmamış daşınmaz əmlak
üzərində hüquqların qabaqcadan dövlət
qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və
onun üzərindəki hüquqların dövlət
qeydiyyatının ləğvi və dövlət reyestrindən
məlumatın verilməsi;
6.1.4. ipotekanın təkrar və
əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata
alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi
barədə bildirişin dövlət qeydiyyatına
alınması, daşınmaz əmlakın
yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq,
servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində
mülkiyyət hüquqlarının dövlət
qeydiyyatına alınması barədə
çıxarışın dublikatının verilməsi,
daşınmaz əmlaka dair texniki sənədlərin (pasport
və plan ölçü) dublikatının verilməsi;
6.1.5. torpaq
sahələri üzərində mülkiyyət və digər
əşya hüquqlarının qeydiyyatı
üçün mərzçəkmə işləri ilə
bağlı pilonun vurulmasına görə - (hər döngə
nöqtəsi üçün);
6.1.6. daşınmaz
əmlak üzərində hüquqların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən
arayışın verilməsinə görə.
6.2. Bu Qanun qüvvəyə
minənədək daşınmaz əmlak üzərində
hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr
və qeydiyyat vəsiqələri əsasında həmin
hüquqların dövlət reyestrində qeydiyyata
alınması üçün dövlət rüsumu tutulmur.”.
VIII. “İpoteka haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹6, maddə
461; 2007-ci il, ¹5, maddə 436, ¹11 maddə 1053; 2008-ci il, ¹5, maddə
348) 16.1-ci maddəsində “ipotekanın qeydiyyata” sözündən
sonra “, təkrar” sözü əlavə edilsin.
IX. “Baytarlıq haqqında”
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹8, maddə
682; 2007-ci il, ¹12, maddə 1218; 2008-ci il, ¹2, maddə 49, ¹5, maddə
344) aşağıdakı əlavə və dəyişikliklər
edilsin:
1. 1.0.6-cı maddədə
“qeydiyyat vəsiqəsinin” sözləri “qeydiyyat şəhadətnaməsinin”
sözləri ilə əvəz edilsin.
2. 33.1-ci maddənin
üçüncü cümləsində “qeydəalma vəsiqəsi”
sözləri “qeydiyyat şəhadətnaməsi” sözləri
ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda
39.3-cü maddə əlavə edilsin:
“39.3. Baytarlıq şəhadətnaməsinin,
sertifikatının və baytarlıq preparatlarının
qeydiyyat şəhadətnaməsinin verilməsi
üçün dövlət rüsumu ödənilir.”.
X. “Aviasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹8, maddə
689; 2007-ci il, ¹12, maddə 1218) aşağıdakı məzmunda
6-1-ci maddə əlavə edilsin:
“Maddə 6-1. Mülki aviasiya sahəsində
xidmətlərə və ya hüquqi hərəkətlərə
görə dövlət rüsumu
6-1.1. Mülki aviasiya sahəsində
aşağıdakı xidmətlərə və ya hüquqi
hərəkətlərə görə dövlət
rüsumu ödənilir:
6-1.1.1. aeroportlara və ya
aerodromlara uyğunluq sertifikatının verilməsi;
6-1.1.2. hava nəqliyyatı
istismarçılarına sertifikatın verilməsi;
6-1.1.3 mülki aviasiya sahəsində
fəaliyyət göstərən digər subyektlərə
uyğunluq sertifikatının verilməsi;
6-1.1.4 mülki aviasiya sahəsində
fəaliyyət göstərən digər subyektlərə
uyğunluq sertifikatının təkrar verilməsi;
6-1.1.5 hava gəmilərinə
qeydiyyat şəhadətnaməsinin verilməsi;
6-1.1.6 hava gəmisinin tipinin
sertifikatının tanınması;
6-1.1.7 hava gəmilərinə
uçuşa yararlılıq sertifikatının verilməsi;
6-1.1.8 hava gəmilərinə
uçuşa yararlılıq sertifikatının müddətinin
uzadılması;
6-1.1.9. hava təhlükəsizliyi
və aeronaviqasiya üçün istifadə olunan
avadanlıqlara uyğunluq sertifikatının verilməsi;
6-1.1.10. aviasiya təhlükəsizliyi
üçün istifadə olunan avadanlıqların
sertifikatının tanınması;
6-1.1.11. xüsusi şəraitdə
uçuşların yerinə yetirilməsinə icazə
verilməsi;
6-1.1.12. müntəzəm
marşrutlara uçuş icazəsinin verilməsi;
6-1.1.13. çarter
marşrutlara uçuş icazəsinin verilməsi;
6-1.1.14. İATA-nın
"Mülki Aviasiya rüsumu" ekonom sinif;
6-1.1.15. İATA-nın
"Mülki Aviasiya rüsumu" biznes və birinci sinif.”.
XI. “Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹8, maddə 655; 2007-ci il, ¹6, maddə 595)
aşağıdakı dəyişiklik və əlavə
edilsin:
1. 14.3.1-ci maddədə “xidmət
haqqı” sözləri “dövlət rüsumu” sözləri
ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda
34.4-cü maddə əlavə edilsin:
“34.4. Pestisidlərə,
bioloji preparatlara və aqrokimyəvi maddələrə
qeydiyyat şəhadətnamələrinin, idxal karantin icazəsinin
və fitosanitar sertifikatlarının verilməsi
üçün dövlət rüsumu ödənilir.”.
XII. “Dərman vasitələri
haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹2, maddə
70, ¹11, maddə 1046; 2009-cu il, ¹6, maddə 397,)
aşağıdakı məzmunda 6.10-cu maddə əlavə
edilsin:
“6.10. Dərman vasitələrinin
və maddələrinin dövlət qeydiyyatı
üçün dövlət rüsumu ödənilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2009-cu il.
Azərbaycan.- 2009.- 24 dekabr.- S. 3.