Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 740; 2002-ci il, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab, maddələr 676, 698; 2005-ci il, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006-cı il, ¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007-ci il, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008-ci il, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12 maddə 1047; 2009-cu il, ¹ 1, maddə 5, ¹ 2, maddə 56, ¹ 3, maddə 160, ¹ 7, maddə 519) aşağıdakı dəyişiklik əlavələr edilsin:

 

1. 18.11-ci, 18.12.1-ci, 18.12.2-ci, 18.33-cü, 18.34-cü, 18.48-ci maddələrdə ismin müvafiq hallarındaapellyasiya komissiyasısözləri ismin müvafiq hallarındaapellyasiya şurasısözləri ilə əvəz edilsin;

2. aşağıdakı məzmunda 18.34-1-ci, 18.34-2-ci 18.34-3-cü maddələr əlavə edilsin:

“18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün – 150 manat.

18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün – 120 manat.

18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün – 40 manat.”;

3. aşağıdakı məzmunda 18.35-1-ci maddə əlavə edilsin:

“18.35-1. Əmtəə nişanları coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün – 30 manat.”;

4. aşağıdakı məzmunda 18.39-1-ci maddə əlavə edilsin:

“18.39-1. Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün – 60 manat.”. 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il.

 

A.zərbaycan.- 2009.- 24 dekabr.- S. 3.