“Azərbaycan
Respublikasının ərazisində
dövriyyəsi qadağan
edilmiş, məhdudlaşdırılmış
və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə
Azərbaycan Respublikasının
ərazisində idxalına,
ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb
olunan
prekursorların siyahılarının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının
2005-ci il 28 iyun tarixli 960-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 8, maddə 696) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
ərazisində dövriyyəsi
qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə
Azərbaycan Respublikasının
ərazisində idxalına,
ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb
olunan prekursorların siyahıları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. I siyahı üzrə:
1.1. “Azərbaycan
Respublikasının ərazisində
dövriyyəsi qadağan
edilən narkotik vasitələr”in:
1.1.1. 1-ci bəndində
“Alliloprodin” sözü
“Allilprodin” sözü
ilə əvəz edilsin;
1.1.2. 21-ci bəndində
“Betasetiemetadol” sözü
“Betasetilmetadol” sözü
ilə əvəz edilsin;
1.2. “Azərbaycan
Respublikasının ərazisində
dövriyyəsi qadağan
edilən psixotrop maddələr”in:
1.2.1. 10-cu bəndində
“Delta-9-tetrahidrokannabinol” sözləri “Dronabinol- Delta-9-tetrahidrokannabinol” sözləri ilə əvəz edilsin;
1.2.2. 23-cü bəndində “4MTÀ” sözü
“4-MTA” sözü ilə
əvəz edilsin;
1.2.3. 24-cü bəndində “Metakatinon” sözü “Metkatinon” sözü ilə əvəz edilsin;
1.2.4. 40-cı bəndində “Sipeperol” sözü “Zipeprol” sözü ilə əvəz edilsin.
2. II siyahı üzrə:
2.1. “Azərbaycan
Respublikasının ərazisində
dövriyyəsi məhdudlaşdırılan
narkotik vasitələr”in
9-cu bəndində “Pritramid”
sözü “Piritramid”
sözü ilə əvəz edilsin;
2.2. “Azərbaycan
Respublikasının ərazisində
dövriyyəsi məhdudlaşdırılan
psixotrop maddələr”in
4-cü bəndində “Katin”
sözü “Katin (+) –
Norpsevdoefedrin” sözləri
ilə əvəz edilsin.
3. III siyahı üzrə:
3.0. “Azərbaycan
Respublikasının ərazisində
dövriyyəsinə nəzarət
edilən psixotrop maddələr”in:
3.0.1. 4-cü bəndində
“Amfepramon” sözü
“Amfepramon-Dietilpropion” sözləri
ilə əvəz edilsin;
3.0.2. 13-cü bəndində “Etilamfetamin”
sözü “Etilamfetamin-N-etilamfetamin”
sözləri ilə əvəz edilsin.
4. IV siyahı üzrə:
4.0. “Azərbaycan
Respublikasının ərazisindən
idxalına, ixracına,
tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar”ın:
4.0.1. 15-ci bəndində
“Piperenol” sözü
“Piperonal” sözü ilə əvəz edilsin;
4.0.2. 22-ci bəndində
“1-fenil-2-propanon” sözləri
“1-Fenil-2-propanon” sözləri ilə əvəz edilsin;
4.0.3. 23-cü bəndində “3,4-metilendioksi-fenil-2-propanon”
sözləri “3,4-metilendioksifenil-2-propanon”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 noyabr 2009-cu il.
Azərbaycan.- 2009.- 24 dekabr.- S. 4.