Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi  qərara alır:

 

I. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqındaAzərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 115; 2004-cü il, ¹ 9, maddə 665; 2006-cı il, ¹ 3, maddə 207, ¹ 11, maddə 909; 2007-ci il, ¹ 10, maddə 928) 4.2-ci 4.3-cü maddələri aşağıdakı redaksiyada verilsin:

“4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

4.3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2009-cu il.

 

Azərbaycan.-2009.-  24 dekabr.- S. 4.