Azərbaycan Respublikasında
dövriyyəyə buraxılmış
dövlət özəlləşdirmə
paylarından (çeklərindən)
özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə
tədbirlər haqqında
Azərbaycan
Respublikasında dövriyyəyə buraxılmış
dövlət özəlləşdirmə paylarından
(çeklərindən) özəlləşdirmə prosesində
daha geniş istifadənin təmin olunması məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli
fərmanı (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2000-ci
il, ¹8, (III kitab), maddə 606; 2001-ci il, ¹10, maddə 640; 2002-ci
il, ¹4, (II kitab), maddə 189, ¹10, maddə 592; 2003-cü il, ¹10,
maddələr 566, 569; 2004-cü il, ¹6, maddə 432; 2005-ci il,
¹5, maddələr 400, 403, 405; 2006-cı il, ¹7, maddə 590, ¹8,
maddə 678, ¹9, maddə 742) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı"nın 1.5-ci bəndində və
10.4-cü bəndinin ikinci abzasında "2010-cu" rəqəmi
"2011-ci" rəqəmi ilə əvəz edilsin.
2. "Dövlət əmlakının
özəlləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun icrası ilə bağlı əlavə
tədbirlər barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹12, maddə 844; 2001-ci il, ¹7, maddə 470, ¹10, maddə 640;
2002-ci il, ¹12, maddə 725; 2003-cü il, ¹9, maddə 475, ¹10, maddələr
569, 585; 2004-cü il, ¹9, maddə 678; 2005-ci il, ¹5, maddə 400;
2006-cı il, ¹7, maddə 590; 2007-ci il, ¹6, maddə 599) ilə təsdiq
edilmiş "Dövlət özəlləşdirmə
opsionları haqqında Əsasnamə"nin 12-ci bəndində
"2010-cu" rəqəmi "2011-ci" rəqəmi ilə
əvəz edilsin.
3. "Azərbaycan
Respublikasında dövriyyəyə buraxılmış
dövlət özəlləşdirmə paylarından
(çeklərindən) istifadənin müddətinin uzadılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 11 iyun tarixli 75 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, ¹6, maddə 432; 2006-cı il, ¹7, maddə 590) 1.1-ci bəndində
"2010-cu" rəqəmi "2011-ci" rəqəmi ilə
əvəz edilsin.
4. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə tapşırılsın:
4.1. dövriyyəyə
buraxılmış dövlət özəlləşdirmə
paylarının (çeklərinin) dövlət əmlakının
özəlləşdirilməsində daha geniş istifadəsi
üçün zəruri tədbirlərin görülməsini
təmin etsin;
4.2. dövriyyədə
olan dövlət özəlləşdirmə
paylarının (çeklərinin) dövlət əmlakının
özəlləşdirilməsi zamanı tədiyə vasitəsi
kimi istifadə müddəti başa çatdıqdan sonra
özəlləşdirmə prosesində dövlət müəssisələrinin
əmək kollektivləri üzvlərinə və onlara bərabər
tutulan şəxslərə verilən güzəştlərin
həyata keçirilməsinin, habelə dövlət əmlakının
satışının yeni mexanizmlərinin müəyyən
edilməsi ilə bağlı təkliflərini üç ay
müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim
etsin.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
5.1. qüvvədə
olan normativ hüquqi aktların bu fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
5.2. Nazirlər Kabinetinin
və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
5.3. Bu fərmandan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 24 dekabr.- S. 4.