Görkəmli xanəndə anıldı

 

Musiqimizin nadir səs sahiblərindən, təkrarolunmaz ifaçılarından biri olan unudulmaz xanəndə Mütəllim Mütəllimovun 110 illik yubileyidir. Bu münasibətlə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Dövlət Muğam Teatrında təntənəli mərasim keçirildi.

Teatrın direktoru Arif Qazıyev sənətkarın həyat yaradıcılığı barədə geniş söhbət açdı. Akademik Vasim Məmmədəliyev, xalq artistləri Arif Babayev, Habil Əliyev Alim Qasımov M.Mütəllimovun sənəti ilə yanaşı, klassik Azərbaycan ədəbiyyatının da bilicisi olduğunu bildirdilər.

Qeyd olundu ki, görkəmli muğam ifaçısının yubileyinə həsr edilmiş tədbirin biri Ağcabədi rayonundakı Qarabağ Muğam Mərkəzində keçirilib.

Milli Məclisin deputatı Tahir Rzayev ustad sənətkarın muğam ifaçılığı sahəsində qazandığı uğurları yada saldı. Şair Ənvər Əhməd Qarabağın, o cümlədən Ağcabədinin Azərbaycana bəxş etdiyi layiqli övladlar sırasında Mütəllim Mütəllimovun xüsusi yeri olduğunu söylədi.

Digər çıxış edənlər orijinal ifa tərzinə malik Mütəllim Mütəllimovun yüksək səhnə mədəniyyətindən, qeyri-adi səsindən söz açdılar onun tarixə düşdüyünü vurğuladılar.

Teatrın solistləri sənətkarın repertuarına daxil olmuş muğam təsniflərdən, xalq musiqimizdən, bəstəkar mahnılarından nümunələri ifa etdilər.

Sonda xanəndənin nəvəsi Mütəllim Mütəllimov tədbir iştirakçılarına təşkilatçılara minnətdarlığını bildirdi.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2009.- 24 dekabr.- S. 12.