Prezidentin mətbuat xidmətinin məlumatı

 

Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Gürcüstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.

Azərbaycan Prezidenti təbrikə diqqətə görə Mixeil Saakaşviliyə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi qeyd edilmiş, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur

 

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 1.