Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə etmiş, 2009-cu ildə prezidentlər səviyyəsində keçirilən çoxsaylı ikitərəfli görüşlərin əhəmiyyətini vurğulamış, 2010-cu ildə bu görüşlərin davam etdirilməsi haqqında razılıq əldə etmişlər.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev Rusiya Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
fəaliyyətini yüksək
qiymətləndirdiyini bildirmişdir.
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 1.