Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunmuş, dövlət başçıları əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirmişlər.
Azərbaycan və Türkiyə prezidentləri
ikitərəfli münasibətlər,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı son proseslər ətrafında
da fikir mübadiləsi aparmışlar.
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 1.