Prezidentin mətbuat xidmətinin məlumatı

 

Dekabrın 24-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Türkiyənin Baş naziri Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı təbrikə göstərilən diqqətə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirmişdir.

Azərbaycan Prezidenti Türkiyənin Baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin daim inkişafından məmnunluq ifadə etmiş əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 1.