Prezidentin mətbuat xidmətinin məlumatı

 

Dekabrın 24-də Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Ukrayna Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.

Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Viktor Yuşşenkoya minnətdarlığını bildirmişdir.

Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər

 

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S 1..